Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandan müavini İvan Kovqan həlak olub.
Musavat.com xəbər verir ki, bu barədə "SeverPost" məlumat yayıb.
Qeyd olunub ki, sülhməramlı qüvvələrinin komandanının hərbi-siyasi işlər üzrə müavini, 1-ci dərəcəli kapitan Kovqan İvan Vasilyeviç həlak olub.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi sülhməramlıların öldüyü barədə məlumat versə də, ölənlərin sayı və adlarını açıqlamayıb.
Xatırladaq ki, sentyabrın 20-si Canyataq yaşayış məntəqəsi yaxınlığında Rusiya Federasiyasının sülhməramlı kontingentinə məxsus UAZ Patriot avtomobilinin atəşə tutulması nəticəsində sülhməramlı kontingentin hərbi qulluqçuları faciəvi şəkildə həlak olub.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ