İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağdakı Rusiya sülhməramlılarının komandanı yenə dəyişir

General-mayor Kirill Kulakov Qarabağdakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı təyin olunacaq.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak“ qəzeti teleqram kanallarına istinadən məlumat yayıb.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistan mətbuatı hərbi kontingentin rəhbərliyində dəyişiklik edilməsi ilə bağlı xəbər yayıb və qeyd edib ki, indiki komandan general-polkovnik Aleksandr Lentsov artıq Qarabağı tərk edib.

Xatırladaq ki, Lentsov bu ilin aprelin 25-də Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı təyin olunmuşdu.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR