İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağdakı Rusiya canişini erməniləri mitinqə çağırdı: “Sabah saat 12.00-da…”

Qarabağdakı Rusiya canişini Ruben Vardanyan yenidən ortaya çıxmağa cəhd göstərir.

Musavat.com erməni mediasına istinadən bildirir ki, qondarma qurumun oyuncaqlarından biri olan Vardanyan erməniləri aksiyaya çağırıb. “Sabah saat 12:00-da Artsaxda mitinq keçiriləcək”-R.Vardanyan bildirib.

O, erməniləri mitinqə qoşulmağa və aksiyanın təşkilatçılarına dəstək verməyə çağırıb.

“Sabah 9 Mayı, Qələbəmiz Gününü qeyd edəcəyik. Bu gün bizim üçün həmişə Qələbə Günü olub. Sizi bir neçə gün əvvəl çox vacib bir işə başlayan gənclərə qoşulmağa və onlara dəstək olmağa dəvət edirəm. Onlar itaət etmədiklərini və gələcəyini başqalarının deyil, özlərinin yaratmasını istədiklərini göstərməyə başladılar. Sabah saat 12:00-da hər kəsə öz işlərini, baxışlarını təqdim etmək üçün meydanda mitinq keçirmək qərarına gəliblər. Mən onları dəstəkləyirəm, onları mitinqə çıxmağa və qələbələrimizi xatırladığımızı birlikdə göstərməyə çağırıram.

Əminik ki, qələbələrimiz qabaqdadır”, - Ruben Vardanyan sərsəmləmələrini davam etdirərək deyib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR