İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağda “rus icması” oyunu yenidən dövriyyədə

Qondarma “rus icması”nın “rəhbəri” Aleksandr Bordovun  Araik Arutyunyanla görüşü  təhlükəli ssenarinin davam etdiyini göstərir

Mayın 10-da Araik Arutyunyan Xankəndində rus icmasının rəhbəri Aleksandr Bordovun başçılıq etdiyi “artsaxın rus icmasının nümayəndələrini” qəbul edib. Görünən odur ki, Rusiya Qarabağda “rus icması” kartını yenidən aktuallaşdırır.  Qondarma “rus icması”nın “rəhbəri” Aleksandr Bordovun baş separatçı Araik Arutyunyanla görüşü  təhlükəli ssenarinin davam etdiyini göstərir. Qondarma “rus icması” layihəsində separatçıların və Moskvanın öz planları var.

Separatçılar “rus icması” və “rus dili” üzərindən gələcək mövcudluqlarının Moskvanın təminatı altına alınmasına çalışır. Rusiya Qarabağda mövcudluğunu davam etdirməyin müxtəlif ssenarilərini düşünür, xüsusilə ermənilərlə yanaşı, “rusları qorumaq” əsasları da hazırlanır. Azərbaycanın Rus İcması Qarabağda qondarma “rus icması” məsələsinə hələ də heç bir reaksiya verməyib. Məntiqlə bu qurum Azərbaycan ərazisində ikinci “rus icması”na ehtiyacın olmadığını bəyan etməlidir.

Fəzail Ağamalı xidməti tapançasından danışdı: "BİR GÜLLƏ DƏ ATMADIM..." »  Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

 Fəzail Ağamalı

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Rusiyanın hər zaman olan niyyətinə toxundu: “Son vaxtlar Qarabağda yaşayan ermənilərin ”lideri", baş separatçı və Vətən müharibəsində törətmiş olduğu cinayətlərə görə haqqında cinayət məsuliyyəti qaldırılmış Araik Arutyunyan yenidən fəallaşmağa başlayıb. Onun fəallaşması ən müxtəlif istiqamətlərdə özünü göstərməkdədir. Hərdən Ermənistanın baş naziri ilə görüşlər keçirir, bəyanatlar verir, sərsəm fikirləri ortaya atır. Daha sonra Azərbaycanın ərazisində müvəqqəti yerləşən rus sülhməramlı qüvvələrinin himayəsi ilə səngərlər, istehkamlar qurmağa səylər göstərir. Vaxtaşırı olaraq birbaşa Kremlin layihəsi olan “rus icması” deyilən qondarma bir icmanı hərəkətə gətirir. 44 günlük haqq savaşımızda üzdə görünməyən bu “rus icması” parlaq qələbəmizdən sonra peyda oldu. Aleksandr Bordov deyilən bir şəxsin timsalında Xankəndində “rus icması” yaradıldı. Hətta burada “Rus Mədəniyyət Evi”nin yaradılması ilə bağlı da işlər gedir. Mayın 10-da keçirilən görüşdə bununla bağlı Araik Arutyunyan fikirlərini gündəmə gətirib, həyasızcasına bu istiqamətdə işlərin getdiyini bildirib. Bütün bunlar heç şübhəsiz ki, Moskvadan idarə olunur. Rusiyanın ayrı-ayrı müstəqil ölkələrdə özünün dayaqlarını yaratmaq və orada nəzarət mexanizmini reallaşdırmaq, özünün imperiya maraqlarını həyata keçirmək üçün universal yanaşması var. Bu da rus dili və rus icmasıdır. Hazırda Ukraynada, bundan öncə Gürcüstanda, vaxtilə Moldovada rusdilli xalqın, rus xalqının hüquqlarının guya pozulması ilə bağlı həmin ölkələrin ərazi bütövlüyünü pozub, qondarma respublikalar yaradıb. Bu gün Ukraynada gedən dəhşətli faciələrin də əsas motivi rusdilli, rus xalqının guya Ukrayna tərəfindən incidilməsidir. Halbuki hazırda hər kəsə bəlli olduğu kimi, Rusiyanın təcavüzünə qarşı Ukraynada yaşayan ruslar da ukraynalılarla birlikdə savaşır, böyük qəhrəmanlıqlar göstərirlər. Kremlin niyyəti rus dili və rus icması vasitəsilə Xankəndi və onun ətrafında olan ərazilərdə öz təsirini saxlamaq və gələcəkdə ehtiyac olarsa, yenə də bu universal üsuldan istifadə etməkdir. Bir sözlə, bu niyyəti hər zaman olub və bundan sonra da olacaq".

Asif Nərimanlı: “Zəngəzur dəhlizi ifadəsinin Bəyənnaməyə salınmasının  strateji hədəfləri var” - JURNALİST ARAŞDIRMA MƏRKƏZİ

 Asif Nərimanlı

Siyasi analitik Asif Nərimanlının bu barədə Facebookda paylaşdığı status diqqət çəkir: “Bu, mümkün sülh sazişindən sonrakı dövrə hazırlıqdır. Rusiya Brüssel razılaşmasının praktiki mərhələdə işləməsinə qarşı addımlar atmaqla özünün ”hakim vasitəçiliyini" qorumağa çalışsa da, bölgənin gələcəyi üçün sülh sazişinin qaçılmaz olduğunu da anlayır, rus masasında imzalanan üçtərəfli razılaşmaların işləməsi baxımından da bu baş tutmalıdır. Onu da anlayır ki, Qarabağa “status”un verilməsi faktiki sıradan çıxıb, bundan sonra bölgədə “erməni icması” və “Azərbaycan icması” arasında münasibətlərin qurulması adı ilə daha uzun müddətə qalmaq perspektivi mümkün ola bilər. Və bura “rus icması”nın da əlavə edilməsi Moskvanın planını gücləndirəcək amildir. Rəsmi Bakı Moskvaya Azərbaycan ərazisində ikinci “rus icması”na ehtiyacın olmadığını izah etməlidir. Bu prosesdə Azərbaycanın Rus İcmasının üzərinə də böyük iş düşür:

- Bordovu İcmanın “qara siyahı”sına salmalı, onlardan olmadığını elan etməlidirlər;

- Qarabağdakı rusəsilli olanlarla işləməlidirlər;

- Rusiya rəhbərliyinə Azərbaycan ərazisində ikinci icmanın yaradılmasını qəbul etmədikləri haqda müraciət ünvanlamalı, ikinci icmanın yaradılmasının əsas icma ilə münasibətlərdə problemə yol açdığını anlatmalıdırlar".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR