İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağda erməni arxivləri: onlar bizim nəyimizə lazım olacaq?

Qarabağda məskunlaşan ermənilərə və qanunsuz separatçı rejimə aid arxivlər məsələsi gündəmə gəlib.

Musavat.com bildirir ki, sosial mediada və rəsmi xəbərlərdə ermənilərin arxivləri yandırmasına dair məlumatlar, videogörüntülər yayıldı.

Lakin elə yaşayış və hərbi məntəqələr oldu ki, separatçılar buna imkan tapmadan, Azərbaycan ordusu nəzarəti ələ aldı.

Belə olan halda, əlimizdə olan və gələcəkdə də nəzarətimizə keçəcək, salamat qalan arxivlərlə nə etməliyik? Onları yandırmalı, basdırmalı, yoxsa...

fazil.jpg (79 KB)

Millət vəkili Fazil Mustafa bu barədə aşağıdakıları bildirir:

"Qarabağda edəcəyimiz ilk işlərdən biri salamat qalan arxiv materialları, statistikaya aid məlumatları, ermənicə qəzet və jurnalları, kitabları və kitabxanaları qorumaqdır. Eləcə də bütün videomaterialları, televiziya və radio arxivlərini qorumaq lazımdır. "Ermənicədir", deyib heç nəyi kənara atmaq olmaz. İlk növbədə bu, tədqiqatçılarımız üçün vacibdir. Orada baş verən proseslər barədə unikal materiallar üzə çıxarıla bilər. Bu barədə hər bir polisə, əsgər və zabitə təlimat verilməlidir. Biz Qərbi Azərbaycandan belə materialları vaxtilə gətirə bilmədik, bu bizə xeyli çətinliklər yaratdı. Bakıdakı kitabxanalarda, evlərdə olan ermənicə çap məhsullarının əksəriyyətini qoruya bilmədik. Belə məsələlərdə bayağı vətənpərvərlik rolu oynamazlar. Hər şeyə tədqiqat predmeti kimi baxılmalıdır. Bizdə yazıya, sənədə həssaslıq çox aşağı səviyyədədir. Hətta "Dədə Qorqud" kimi nəhəng mənbə kitabını özümüz qoruyub saxlaya bilmədiyimizə görə onu Vatikandan, Drezdendən tapmışıq. Yüzlərlə kitabxananı restorana, paltar mağazasına çevirməyimizə də soyuqqanlı baxışımız buradan qaynaqlanır. Heç olmazsa tarixin bu dönəmində başımız daşdan-daşa dəyəndən sonra praqmatik davranmalıyıq. Əminəm ki, nəyi yandırsalar da, nəyi aparsalar da, yenə də qalanların içində işimizə yarayanlar olacaq".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR