İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağda 2 erməni terrorçu öldü - SƏBƏB

Azərbaycanın Qarabağ bölgəsində mövcud olan qanunsuz silahlı birləşmələr itki verib.

Musavat.com erməni mediasına istinadən bildirir ki, 2 erməni terrorçu güllə yarasından ölüb.

Onların harada, hansı şəraitdə öldüyü bildirilmir. Amma erməni separatçlar Azərbaycanı ittiham ediblər. Eyni zamanda 2 erməni terrorçusunun da yaralandığı bildirilir.  

Qeyd olunub ki, hadisə martın 25-i, günorta vaxtı baş verib.

Qondarma rejimin yaydığı məlumat:

“Martın 25-də 2 müqaviləli hərbçi həlak olub . Bu gün saat 14:00-a olan məlumata görə, Artsaxın [Qarabağ] şərq sərhədində vəziyyət son dərəcə gərgin olmaqda davam edir".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR