İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ Universitetinin ilk tələbələri Xankəndidə - MARAQLI GÖRÜNTÜLƏR

Xəbər verdiyimiz kimi, Xankəndi Qarabağ Universitetinin ilk tələbələrini qarşılayıb.

Musavat.com-un məlumatına görə, Qarabağ Universitetində tədris ilinin başlamasına sayılı günlər qalsa da, artıq bu təhsil ocağının tələbələri indidən Xankəndiyə yollanıblar.

Tələbələrin şəhərdə gəzintisi zamanı maraqlı görüntülər lentə alınıb.

Qeyd edək ki, ilk tədris ilində Qarabağ Universitetində 1104 tələbə təhsil alacaq.

Sözügedən maraqlı görüntüləri təqdim edirik.

@@TVmusavat/95778@@

Ötən il bu məkanda araiklər, rubenlər, vartanlar vardı.

Hələ ordaydılar.

Yolları kəsmiş, Bakıya meydan oxuyurdular...

Cəmi 1 ilə nələr dəyişdi!

Fantastik janrda roman oxuyuruq, sanki...

Hər günümüz çox dəyərli bir əsər kimi...

İndi burada Qarabağ Universitetinin ilk tələbələri gəzir, dolaşır, mahnı oxuyurlar!

Artıq Xankəndi Azərbaycandır!

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR