İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ separatçısından qaz açıqlaması-Növbəti erməni həyasızlığı    

 

Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti təsir zonasında olan ərazilər 11-ci gündür ki, qazsız qalıb.

Separatçıların nümayəndəsi Artak Beqlaryan iddia edib ki, ötən gün qaz kəmərinin bərpası və sınaqdan keçirilməsi işləri nəhayət, başa çatdırılıb və artıq gecə saatlarında təbii qaz “Artsaxqaz” (?!) QSC-nin qəbul məntəqəsinə verilib.

“Yaxın bir neçə saat ərzində hamı təbii qaz alacaq”, separatçı Beqlaryan bildirib. “Hazırda abonentlərin yarıdan çoxunun qaz təchizatı bərpa olunub, yaxın saatlarda qalanlara da təbii qaz veriləcək”,- o deyib.

Hazırda Xankəndidə qar örtüyünün hündürlüyü 30-40 sm-ə çatır, digər yaşayış məntəqələrində isə daha çox qar yağıb. Beqlaryan həyasızcasına qaz kəmərindəki qəzaya və təmirin uzanmasına görə Azərbaycanı ittiham edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR