Onlayn ictimai-siyasi qəzet
Qarabağdakı keçmiş xunta rejiminin təmsilçilərindən biri, Əsgəranın keçmiş “meri” İrəvanda saxlanılıb.
Musavat.com erməni mediasına istinadən bildirir ki, bu barədə onun vəkili Ruben Melikyan sosial şəbəkələrdə məlumat yayıb.
Hüquq-mühafizə orqanları bu gün Hayk Şamiryanın mənzilində axtarış aparıb, sonra o, aparılıb. Cinayət işinin konkret nə ilə bağlı olduğu açıqlanmır.
Melikyan təhlükəsizlik qüvvələrinin hərəkətlərində siyasi kontekst görür. O xatırladıb ki, Şamiryan bundan əvvəl Qarabağın digər nümayəndələri ilə birlikdə “Vətən uğrunda Tavuş” hərəkatının lideri Baqrat Qalstanyanla görüşüb. Müstəntiq hələlik məlumatı şərh etməyib.
Musavat.com
18 Iyun 2025
17 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ