Onlayn ictimai-siyasi qəzet
Bizim bu davamızda qalibiyyətimizə səbəb, gecələr yatar qarına, iki cüt-bir tək dualarımız deyil. Ortada konkret iş var. DÖVLƏT, ALİ BAŞ KOMANDAN İRADƏSİ, XALQ GÜCÜ!
Əgər vicdanınız yoxdursa, yaxınlıqdan vicdanlı birisini tapın, əlinizi onun vicdanının üstünə qoyub deyin: İLHAM ƏLİYEV SƏNƏ TƏŞƏKKÜR EDİRİK! Var ol, Prezidentim! Sən bu haqq davasını başlayana qədər ancaq NƏFƏRDƏN, ADİ SAYDAN, HƏR KVADTRATMETRƏ DÜŞƏN BİR NEÇƏ ADAMLIQ SIXLIQDAN İBARƏT İDİK. ÜZÜMÜZ KÖLGƏLİ İDİ, EVİMİZƏ, SEVGİLİMİZİN YANINA KİŞİ KİMİ GİRİRDİK, ANCAQ. ÖLKƏ XARİCİNDƏ QARABAĞ SÖZÜNÜ UTANDIĞIMIZDAN TEZ, YARITƏLƏFFÜZLƏ İFADƏ EDİRDİK Kİ, TEMADAN UZAQLAŞAQ! Boynunuza alın ki, Qarabağ ancaq ŞİKƏSTə kimi AXSAQ, PƏLTƏK dilimizin ucunda idi!
Deyin ki, biz Qarabağın ətrini Qarabağlıların Yasamalda bişirdiyi kababxanalardan, ciyərxanalardan alırdıq.
Deyin ki, biz Xankəndi reallığından o qədər uzaq düşmüşdük ki, O ADI ANCAQ XAN KABABI KİMİ ŞİŞƏ ÇƏKİRDİK!
Deyin ki, sən Azərbaycanı Rəsulzadənin, Elçibəyin arzularından, xəyallarından qat-qat BÖYÜK ETDİN.
Deyin ki, Qazanın oğlu Turalın, Babəkin oğlu Buğdayın pis vərdişlərini götürmüşdük ancaq. Əlimizdə çiçək tuturduq, Laləzar çöllərdən evə yığışmırdıq, SONA xala isə UŞAQLARINI o tindən, bu tindən yığmaqla məşqul idi BİZƏ QILINC VERDİN, KƏSƏR VERDİN, DÜŞMƏNİN BOYNU SƏNİN VUR ƏMRİNLƏ QILDAN İNCƏ GƏLDİ BİZƏ, EY ALİ SƏRKƏRDƏM!
Deyin ki, yuxuda Şuşada Cıdır düzündə at çapırdım, yıxıldım. Ayıldım ki, Sulutəpədə çarpayıdan yerə düşmuşəm! Deyin ki, biz Qarabağa gedə bilmirdik, ölülərimiz gəlirdi, özü də ancaq yuxumuza.
Deyin ki, Çingizin də VİDEOLARINA BAXA BİLMİRDİM ARTIQ, ÇÜNKİ ORADA GÖSTƏRİLƏN KADRLAR UŞAQLARIMA PİS TƏSİR EDİRDİ (qan var idi, axı). DÜNYAYA DAHA HUMANİST UŞAQLAR İNTEQRASİYASI İLƏ MƏŞQUL İDİM!
Deyin ki, ancaq sağlıqlarda Qarabağ arzularıma qovuşurdum.
Deyin ki, biz ancaq çar Rusiyası dövründəki generallarımızın adını bilirdik. Ali Baş Komandan kimdir, indiyə qədər heç bilməmişdik!
Deyin ki, heç atamıza lnanmırdıq, səni gözləyirdik hər axşam ki, sən deyəsən o şad xəbərləri.
Deyin ki, POLADDAN İDİ DƏMİR YUMRUĞUN!
Deyin ki, 44 günlük savaşımız əslində bu gün üçün idi. Məhz bu gun üçün!
Deyin ki, xalqımızın qatillərini əli-qolu qandallı hüzurumuza gətirdin, qisasımızı da alacaqsan!
Deyin ki, deyin, deyin, bir də deyin! Özünüzə deyin, özgəsinə deyin, hamıya deyin, ürəklə deyin, başa düşməyənə əl ilə başa salın lap, amma deyin!
Bunu artıq bütün dünya deyir, siz də deyin: "QARABAĞ AZƏRBAYCANDIR, AZƏRBAYCAN AZƏRBAYCANDIR, İLHAM ƏLİYEV AZƏRBAYCANDIR!
LAP HƏCCƏ HAZIRLAŞIRSINIZ ELƏ BİL!
DEYİN, HALAL ELƏ HAQQINI, ÇOX ƏZİYYƏT VERDİK SƏNƏ. BÜTÜN GÜNÜ YOLLARDA OLDUN. BÜTÜN DÜNYA İLƏ MÜCADİLƏ ETDİN, ÜSTÜMÜZƏ GƏLƏNİN YEDDİ ARXA DÖNƏNİNİ YERƏ VURDUN! Biz sənə qarşı bəzən KUFƏLİLİK ETDİK! Bizi bağışla, deyin!
Etiraf edin, deyin ki,SƏN OLMASAYDIN BU GÜN OLMAZDI, BU GÜNÜ GÖRMƏZDİK, HEÇ SABAH HAQQINDA DA DÜŞÜNMÜRDÜK!
AXI O, DEYİR! XALQA DA, ORDUYA DA, ŞƏHİD ANASINA DA, QAZİ ÖVLADINA DA DEYİR: MƏN SİZİNLƏ BAŞARDIM BU QƏLƏBƏNİ! BİZ BİRLİKDƏ GÜCLÜYÜK, DEDİ!
SİZ DƏ DEYİN!
Rəşad Ağayev, iş adamı
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ