Onlayn ictimai-siyasi qəzet
İrəvandakı qondarma “Qarabağ nümayəndəliyi” qarşısında iğtişaş törətməkdə şübhəli bilinən 10 nəfər həbs edilib, cinayət işi başlanıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
Ermənistan Respublikası İstintaq Komitəsinin İrəvan şəhəri üzrə İstintaq İdarəsinin Ərəbkir inzibati ərazi dairəsi üzrə istintaq şöbəsində oktyabrın 20-də bir qrup şəxsin iştirakı ilə İrəvandakı “Qarabağ nümayəndəliyi”nin binası qarşısında baş verən aşkar xuliqanlıq, zorakılıq və quldurluq hallarının aydınlaşdırılması üçün araşdırma aparılır.
“Nümayəndəliyin” həyətinə toplaşanların dava etməsi, bir nəfərin xəsarət alması, yaxınlıqda dayanan “Toyota” markalı avtomobilə ziyan dəyməsi, avtomobildəki seyfdən külli miqdarda pulun naməlum şəraitdə yoxa çıxması ilə bağlı araşdırmalara başlanılıb. Faktla əlaqədar mobil telefon və dövlət nömrə nişanı götürülüb. İstintaq qrupu yaradılıb. Bir nəfər zərərçəkmiş kimi tanınıb.
Polis əməkdaşları hadisə yerindən bir qrup şəxsi polis şöbəsinə aparıb, daha sonra prosesi aparan orqana təqdim ediblər. Cinayət əməllərinin törədilməsində əsaslı şübhələr əsasında 10 nəfərin tutulması barədə qərar qəbul edilib.
İbtidai istintaq davam edir. Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması çərçivəsində polisə əməliyyat-axtarış tədbirlərinin aparılması tapşırılıb.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ