İnsanlara hürriyət, millətlərə istiqlal!

Qara pullar və ağ bayraq – erməni terrorunun acı və layiqli sonluğu...

Ermənistan Azərbaycan ərazilərində növbəti dəfə terrorçuluq fəaliyyətini dünyaya nümayiş etdirdi. Amma bu dəfə dünya ictimaiyyətinin diqqətini fərqli bir mənzərə çəkdi – erməni terrorçularının qaldıqdığı ağ bayraq. Azərbaycan öz layiqli cavabı ilə öz əzəli torpaqlarında, Qarabağda ermənilərin terror cəhdlərinə son qoydu...  

Bəli, artıq heç kimə sirr deyil ki, erməni terror təşkilatlarının izləri dünyanın bir çox ölkələrində qara ləkələr buraxıb və bu gün də bu cinayətkar qruplar, onların ayrı-ayrı üzvləri öz fəaliyyətlərini “peşəkar” səviyyədə davam etdirməkdədirlər.

Bir məsələ də gün kimi aydındırdır ki,  Ermənistan terrora dövlət səviyyəsində dəstək verir. “ASALA”, “MAQ”, “Erməni birliyi”, “Daşnaksütyun” və s. bu kimi erməni terror təşkilatları neçə onilliklərdir ki, sərhəd tanımayaraq ən qanlı terror aktlarına imza atırlar.

Təbii ki, ortaya bir sual da çıxır. Bu təşkilatların saxlanılması və terror aktlarının həyata keçirilməsi üçün kifayət qədər böyük məbləğlər tələb olunur. Maraqlıdır, erməni terror təşkilatları hansı mənbələrdən maliyyələşir? İqtisadi baxımdan vəziyyəti acınacaqlı olan Ermənistan “güvəndiyi” terror təşkilatlarına vəsaiti haradan tapır?

Kiçik araşdırmalardan məlum olur ki, erməni terror təşkilatlarının bir neçə gəlir mənbəyi var. Hətta bu təşkilatlar yeri gələndə cinayət yolu ilə əldə edilmiş vəsaitlərdən Ermənistanın hərbi və siyasi rəhbərliyinin “könlünü xoş” etməkdə də xəsisliyə yol vermirlər. Elə bunun sayəsində də onlar, bu qatı cinayətkarlar Ermənistanda söz və səlahiyyət sahibinə çevrilirlər.

İndi isə keçək gəlir mənbələri ilə bağlı konkret faktlara.

Birinci gəlir mənbəyi xarici ölkələrdə yaşayan erməni əsilli iş adamlarına və biznesmenlərə qoyulan haqlardır. Terrorçular onlarla mütəmadi olaraq danışıqlar aparır və həmin danışıqlara uyğun olaraq onlar davamlı şəkildə erməni terror təşkilatlarının hesablarına pul köçürürlər. Bundan imtina edildiyi təqdirdə isə bu imkanlı şəxslər, onların ailə üzvləri və biznesləri üçün ciddi problem yaranır.

İkinci gəlir mənbəyi planlaşdırlmış terror aktlarından əvvəl və sonra “vəsait yığımı” kampaniyasıdır. Terror hansı ölkədə törədiləcəksə, həmin ölkədə yaşayan imkanlı ermənilər terrorçulara maliyyə dəstəyi göstərmələdirlər. Adətən bu kampaniya hədə-qorxu vasitəsilə həyata keçirilir. Sözsüz ki, kütləvi qırğın törədən, insan öldürən şəxs üçün hədə-qorxu yolu ilə kimdənsə pul almaq heç də çətin məsələ deyil. Məsələn, 24 sentyabr 1981-ci ildə Parisdə Türkiyə konsulluğunda “Van” əməliyyatı adı altında törədilən terror aktından bir ay əvvəl “ASALA” üzvü Akopyanın təzyiqi ilə Fransada yaşayan 47 erməni iş adamı məcburi şəkildə terrora dəstək veriblər.

Digər bir fakt. 1982-ci ilin may ayında Kanadının Toronto şəhərində 4 nəfər erməni həbs edilib. Onlar hədə-qorxu ilə pul tələbetmə maddəsi ilə ittiham olunublar. İstintaq zamanı məlum olub ki, bu şəxslər Toronto şəhərində yaşayan ermənilərin hər birindən “erməni işi” üçün 5 min dollar pul tələb ediblər. Tələbi yerinə yetirməyənlərin mənzillərində və ofislərində partlayışlar törədilib.

1982-ci ilin iyun ayında hava limanlarının partladılması sahəsində “mütəxəssis” sayılan erməni terrorçu Vigen Çarxutyan Los-Anjelesdə xalça mağazaları şəbəkəsinə sahib olan erməni əsilli iş adamından hədə-qorxu yolu ilə 150 min dollar aldığına görə həbs edilib.

Bu cür faktların sayı-hesabı yoxdur. Amma bir məsələ də təəccüblüdür ki, cinayət törədən bu şəxslər çox qısa müddətdən sonra həbsdən azad olunmağa nail ola biliblər.

Erməni terror təşkilatlarının daha bir gəlir mənbəyi narkotik vasitələrdəndir. Belə ki, narkotik vasitələrin dövriyyəyə buraxılmasında, bir ölkədən digər ölkəyə keçirilməsində xüsusi fəallıq göstərən terrorçular böyük vəsaitlər əldə edirlər. Bununla yanaşı, erməni terrorçularının narkobaronlarla “müharibə”ləri, pay bölgüləri də onların büdcəsini kifayət qədər zənginləşdirib. Erməni terror təşkilatlarının narkoticarətlə məşğul olması, bununla bağlı ayrı-ayrı ölkələrdə çoxsaylı həbs faktları sübut edir ki, ermənilər terror təşkilatlarını saxlamaq, terror aktları törətmək üçün yeni cinayətlərə əl atmaqdan çəkinmirlər.

Erməni terror təşkilatlarının üzvləri münaqişə zonalarında pul qarşılığında muzdlu döyüşçü kimi fəaliyyət göstərməkləri ilə də öz maddi durumlarını zənginləşdirirlər. Maraqlı məqamlardan biri odur ki, erməni terrorçuları müharibə və münaqişə tərəflərinə özlərini “super güclü döyüşçü” kimi təqdim edirlər. Əslində, onların heç bir hərbi peşəkarlığı yoxdur və onlar muzdlu döyüşçü kimi istifadə olunanda hərbi əməliyyatlarda hər hansı bir peşəkarlıq nümayiş etdirə bilmirlər, səngərlərdə əsl döyüşçülərə məxsus cəngavər hünəri göstərməyi bacarmırlar. Bacardıqları yalnız namərdlik, arxadan zərbə vurmaq və terror törətməkdir.

Son illərdə, xüsusilə də 44 günlük müharibədə Azərbaycan ordusu “erməni gücünün” nəyə qadir olduğunu bütün dünyaya sübut edərək ermənilərin süni surətdə yaratdığı “qəhrəmanlıq” miflərini darmadağın etdi və təbii ki, bütün bunların sonluğu da ağ bayraqla nəticələnməli idi...

İlham Cəmiloğlu, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR