İnsanlara hürriyət, millətlərə istiqlal!

Röyadan Ayaz Salayevə SƏRT CAVAB - "Ölü qal"  - SENSASİON VİDEO

İLK YAYIM SAATI: 18:03

Xalq artisti Röya Ayxan onun Kann Film Festivalındakı iştirakı ilə bağlı qalmaqallı fikirlər səsləndirən Əməkdar incəsənət xadimi Ayaz Salayevə cavab verib.

Musavat.com xəbər verir ki, estrada ulduzu instaqramda paylaşdığı videoda bu sözləri deyib:

“Deyirlər, rəhmətliklər diriliblər. Enerjiyə gəlmisiniz, elə bilirsiniz, gəlib mənə çatmır? Ayaz Salayev, sizdən başlayıram! Məni görəndə salamlaşırsınız. Özünüzə gəlin. Mən ölənləri diriltməyə öyrəşmişəm, amma siz elə ölü qalın. Bəli, birinci mənəm, hər şeyin ən gözəlini, ən layiqincə edəni mənəm.  Çünki oxuduğum kimi ürəyim var. “Hadi” oradan!”.

Qeyd edək ki, xalq artisti Röya Ayxan Kann Film Festivalına qatılıb. Qırmızı xalçaya çıxan estrada ifaçısı “I Success Top 100 Awards Gala” tədbirində iştirak edib və burada “Azərbaycan musiqisinin mədəniyyət səfiri” mükafatı ilə təltif olunub.

“Azərbaycanfilm” kinostudiyasının baş redaktoru, kinorejissor Ayaz Salayev isə Azərbaycan mediasına açıqlamasında Röyanı tənqid edib: “Kann Film Festivalında Röya Ayxanın çıxdığı qırmızı xalının üstündən hər axşam min adam keçir. Kim istəsə, qeydiyyatdan keçib, viza alaraq festivala gedə bilər. Çətin bir şey deyil. Mən ora yüz dəfə getmişəm, amma heç ağlıma da gəlməzdi ki, həmin yerdən keçərkən bunu çəkib sosial şəbəkələrdə paylaşım. Bizdə ictimai savadsızlıq çox yayılıb. Bundan əlavə, ictimai şüur da geridə qalıb”.

Bundan başqa, Ayaz Salayev bildirib ki, Röya Ayxanın təltif edildiyi “Azərbaycan musiqisinin mədəniyyət səfiri” mükafatının Kann Film Festivalı ilə heç bir əlaqəsi yoxdur.

Könül İbrahim,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 May 2025

BÜTÜN XƏBƏRLƏR