İnsanlara hürriyət, millətlərə istiqlal!

Tatar Budapeştə dəvət edilmədi, yoxsa özü gəlmədi?

Mayın 21-də Macarıstanda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi sammitində Şimali Kipr Türk Respublikasının(ŞKTC) iştirak etməməsi diqqətdən yayınmayıb.

Musavat.com xatırladır ki, TDT-nin daimi üzvləri Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstandır. Türkmənistan, Macarıstan və Şimali Kipr isə müşahidəçi statusuna malikdir.

Şimali Kiprin lideri Ersin Tatarın sammitə dəvət edilməməsinin səbəbləri ilə bağlı rəsmi şərhlərin olmamasına baxmayaraq, Ankara hesab edir ki, rəsmi Budapeşt adanın yunan hissəsinin və Yunanıstanın özünün mənfi reaksiyasından ehtiyat edərək, onu iştirakçılar siyahısından çıxara bilərdi.

Ankaradakı diplomatik mənbələrdən haqqin.az-a verilən məlumata görə, Macarıstan tərəfi Türkiyəni ŞKTC-yə dəvət göndərməmək qərarı barədə əvvəlcədən məlumatlandırıb və izah edib ki, baş nazir Viktor Orbanın administrasiyası Brüssellə onsuz da gərgin olan münasibətləri, o cümlədən Kipr məsələsini gərginləşdirmək istəmir. Macarıstan, Yunanıstan və yunan Kipri kimi Avropa Birliyinin üzvüdür və bu, Şimali Kiprin tanınması məsələsini xüsusilə həssas edir.

853771_src.jpg (158 KB)

İlk dəfə olaraq ŞKTC lideri Ersin Tatar 2024-cü ilin iyulunda TDT-nin Şuşada keçirilən qeyri-rəsmi sammitində iştirak edib. Bu, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilib. Daha sonra, elə həmin ilin noyabrında Qırğızıstanda keçirilən görüşdə, lakin artıq müşahidəçi statusunda olan Tatarın da iştirak etməsi türk dünyası platforması vasitəsilə Şimali Kiprin beynəlxalq aləmdə mümkün legitimləşdirilməsi ilə bağlı danışıqları intensivləşdirib.
2025-ci ilin aprelində Avropa İttifaqı sammitində Qazaxıstan, Özbəkistan və Türkmənistan yunan Kipri ilə diplomatik əlaqələr qurmaq şərti ilə 12 milyard avro dəyərində investisiya paketi təklifini qəbul edilməsi ŞKTC-ni narazı saldı. Ankaranın müttəfiqlərinin bu addımına reaksiyası kifayət qədər təmkinli oldu. Türkiyənin xarici işlər naziri Hakan Fidan belə məsələlərin "ailə daxilində həll edilməli olduğunu" - bağlı qapılar arxasında deyib və həssas məsələ ilə bağlı koordinasiyalı mövqenin olmasının vacibliyinə eyham vurub.

Ersin Tatarın Budapeştdə olmamasına baxmayaraq, Türkiyə Şimali Kipr məsələsi diqqətdən kənarda qalmadı. Xüsusilə prezident Ərdoğan çıxışında KKTC-nin iştirakının vacibliyini vurğuladı: “Əminik ki, Şimali Kipr Türk Cümhuriyyəti olmadan türk dünyasının ailə fotosu həmişə yarımçıq qalacaq”, - Ərdoğan vurğulayıb. “Ümid edirəm ki, yaxın gələcəkdə Şimali Kiprin təşkilatımıza tamhüquqlu üzv kimi qoşulmasının şahidi olacağıq”.

Ersin Tatar buna cavab olaraq yazılı açıqlama göndərərək, Ərdoğana təşəkkürünü bildirib və qeyd edib ki, o, türk dünyasının Kipr türkləri ilə davamlı həmrəyliyinə ümid edir.

Budapeştdə keçirilən sammitin yekunları üzrə imzalanan bəyannamədə onun bütün iştirakçıları, o cümlədən Qazaxıstan, Özbəkistan və Türkmənistan Yunan Kiprinə yaxınlaşma kursunu seçmələrinə baxmayaraq, Şimali Kipr məsələsinə xüsusi diqqət yetiriblər. Sənəddə türk dünyasının ayrılmaz hissəsi kimi ŞKTC-nin TDT-nin fəaliyyətinə verdiyi töhfə xüsusi vurğulanır. Beləliklə, Aİ ilə yaxınlaşmağa doğru irəliləyən Mərkəzi Asiya ölkələri buna baxmayaraq, Kipr türklərinin maraqlarına sadiq olduqlarını rəsmi şəkildə bəyan da etdilər.

TDT-nin növbəti sammitinin Azərbaycanda keçirilməsi gözlənilir. Bakının Ersin Tatarı mütləq bu görüşə dəvət edəcəyinə şübhə doğurmur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 May 2025

BÜTÜN XƏBƏRLƏR