Onlayn ictimai-siyasi qəzet
“Harry Potter” serialında canlandırdığı “Viktor Krum” obrazı ilə tanınan aktyor Stanislav Yanevski əməliyyat olunub.
Musavat.com xəbər verir ki, mayın 16-da 40 yaşını qeyd edən aktyor nəfəs almaqda çətinlik çəkdiyi üçün əməliyyat olunub.
Stanislav Yanevski bu barədə öz İnstaqram hesabında paylaşım edib.
Foto paylaşan aktyor qeyd edib:
“Əməliyyat olunmuşam, bu foto əməliyyatdan dərhal sonra çəkilib. Bu vəziyyəti əvvəlcədən paylaşmaq istəmədim, çünki kimsəni qorxutmaq və ya narahat etmək niyyətində deyildim. Həmişə belə olmuşam. Çətinliklərlə səssizcə mübarizə aparıram.
Bu müddətdə bir neçə yaxın dostumdan və ailəmdən dəstək aldım, bunun üçün onlara sonsuz minnətdaram”.
Yanevski səhhətinin yaxşılaşdığını bildirib:
“Artıq rahat nəfəs ala bilirəm, həyatın qoxularını yenidən hiss edə biləcəyəm. Son aylar bu hissi tamamilə itirmişdim. Çox yaxın zamanda tam gücümlə geri dönəcəyəm”.
Musavat.com
24 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ