İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qalatasaray" Ronaldonun transfer edilib-edilməyəcəyi məsələsinə aydınlıq gətirdi

"Qalatasaray"ın prezidenti Dursun Özbek Kriştiano Ronaldonun transferi barədə açıqlama verib.

BAKU.WS Türkiyə mediasına istinadla xəbər verir ki, klub rəsmisi portuqaliyalı ulduzun transferinin gündəmdə olmadığını bildirib:

"Hazırda məsələ ilə bağlı dostlarımızla da danışırdım. Ronaldo planlarımızda deyil".

Qeyd edək ki, 37 yaşlı portuqaliyalı hücumçunun "Mançester Yunayted"lə müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib və o, hazırda klubsuzdur. Həmçinin "Qalatasaray" azarkeşləri sosial şəbəkələrdə Ronaldonun komandaya gəlməsi üçün çağırışlar edirlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR