Onlayn ictimai-siyasi qəzet
Hücum xəttinə iddialı hücumçular transfer etmək istəyən "Qalatasaray" klubu Memfis Depayla yanaşı daha bir ulduz futbolçu ilə danışıqlar aparır.
Musavat.com metbuat.az-a istinadən xəbər verir ki, "Qalatasaray" Braziliyanın "Atletiko Mineyro" komandasında çıxış edən Hulku transfer etmək üçün hərəkətə keçib.
"A Spor"un xəbərinə görə, daha əvvəl də adı dəfələrlə türk komandaları ilə hallanan ulduz futbolçunun bu dəfə Türkiyəyə transfer olmağa razılıq verdiyi iddia edilib. "Qalatasaray"ın futbolçunu 1,5-2 milyon avro civarında transfer haqqı ilə heyətinə qatacağı deyilir.
Bildirilir ki, hazırki transfer dəyəri 2 milyon avro olan 37 yaşlı Hulk üçün indiyədək ümumilikdə 115 milyon avro transfer haqqı ödənilib. Futbolçu karyerası ərzində 743 matçda meydana çıxan hücumçu bu matçlarda 398 qol vurub, 211 məhsuldar ötürmə edib.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ