İnsanlara hürriyət, millətlərə istiqlal!

Qadından hədə-qorxu ilə pul tələb edən Lənkəran sakini saxlanıldı

Hədə-qorxu ilə pul tələb edən Lənkəran sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, məhkəmə tərəfindən eyni əmələ görə barəsində azadlığın məhdudlaşdırılması cəza növü seçilmiş Əli Abdullazadə saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin aşkarlanıb.

Əlavə araşdırma zamanı Ə. Abdullazadənin digər cinayət əməlinin də üstü açılıb. Onun tanışı, Biləsuvar rayon sakini olan bir nəfər qadına haqqında rüsvayedici məlumatlar yaymaq adı ilə hədə-qorxu gələrək ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul aldığı müəyyən edilib.

Faktla bağlı araşdırmalar aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR