Onlayn ictimai-siyasi qəzet
Şimali Koreyanın (KXDR) nüvə silahı heç bir sövdələşmənin predmeti deyil.
Musavat.com xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyinin (CTAC) şərhində bildirilib.
Qeyd olunur ki, Pxenyan öz nüvə silahının tanınmasına ehtiyac duymur və onu "qəpik-quruş qarşılığında" imtina ediləcək bir mövzu kimi görmür.
Şərhdə Donald Trampın siyasətinə toxunulmasa da, NATO və Avropa İttifaqına tənqid səsləndirilib. Agentlik bəyan edib ki, bu qurumlar "reallıqları görməzdən gələrək gülünc iddialar səsləndirir".
Bu açıqlama Qərbin KXDR-nin nüvə proqramının "tam, yoxlanıla bilən və geri dönüşü olmayan şəkildə" ləğv edilməsi ilə bağlı çağırışlarına cavab olaraq qiymətləndirilir.
Musavat.com
08 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ