İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin qubernator qohumuna AĞIR İTTİHAM

Rusiyada elan olunan səfərbərliklə əlaqədar çağırışçılar arasında narazılıq gündən-günə artır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Kemerovo vilayətindən səfərbər olunanlar vilayətin qubernatoru Sergey Tsivilyova videomüraciət ediblər, orada onlara pis forma və avadanlıq verildiyindən şikayətləniblər.

Bir teleqram kanalında özünü Stavropol şəhərindən olan 247-ci alayın döyüş hazırlığı təlimatçısı kimi təqdim edən şəxs burada Kuzbassdan olan döyüşçülərin təlim mərkəzinə demək olar ki, çılpaq gəldiyini söyləyib. "Bütün dərmanların içərisində yalnız bir qankəsiçi rezin var", - deyə o bildirib.

O, həmçinin döyüşçülərə verilən gülləkeçirməz jiletlərin zəifliyini nümayiş etdirib və onların isti paltarlarının olmadığını qeyd edib.

Səfərbərlik başlayandan sonra Tsivilyov dəfələrlə regionun hakimiyyət orqanlarına səfərbər olunanların problemlərini  hər detalına qədər həll edəcəyinə söz veribmiş. Bundan əlavə, Kuzbass telekanalında Tsivilyovun döyüşçülərə isti paltar gətirdiyi barədə süjet də gedib.

Xatırladaq ki, Kemerovo vilayətinin qubernatoru Sergey Tsivilyovun həyat yoldaşı Anna Tsivilyova (qızlıq adı Anna Yevgeyevna Putina) Rusiya prezidentinin əmisi nəvəsidir.

Vladimir Putin hakimiyyətə gələnə qədər Anna və Sergey Tsivilyov varlı adamlar olmayıblar. 2012-ci ildə Rusiya prezidentinin dostu Gennadi Timçenko onlara "Kolmar" kömür şirkətini simvolik qiymətə satıb. O vaxtdan bəri müxtəlif hesablamalara görə, şirkət dövlətdən 11 milyard rubldan çox (təqribən 176 milyon dollar) maliyyə yardımı alıb. Üstəlik, Sergey Tsivilyov Kemerovo kimi faydalı qazıntılarla zəngin vilayətə başçı təyin edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR