İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin elçisi Bakıda - Xovayev nə gətirmişdi, nə ilə getdi?

Rusiyanın xüsusi nümayəndəsinin budəfəki səfəri də nəticəyə hesablanmayıb; Moskva, sadəcə, təşəbbüsünü nəzarətdə saxlamağa çalışır...

Gözlənildiyi kimi, Rusiya XİN-in Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yardım məsələləri üzrə xüsusi nümayəndəsi İqor Xovayev İrəvandan az sonra Bakıya səfər edib. “Yeni Müsavat” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev onu qəbul edib.

Görüşdə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması və iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar prosesi, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq Ermənistan tərəfinin üzərinə düşən öhdəlikləri icra etməməsi, Soçidə keçirilmiş son görüş və onun nəticələri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Xovayev keçən həftə - noyabrın 14-də İrəvanda olmuş, lakin oradan Bakıya deyil, Moskvaya uçmuşdu.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova xüsusi elçinin region səfəri ilə bağlı deyib ki, indi o, Azərbaycan tərəfi ilə görüşmək üçün Bakıdadır. “Bu təmaslar zamanı sülh müqaviləsi məsələləri də müzakirə olunur”, - deyə o qeyd edib.

Sülh müqaviləsi ilə bağlı İrəvan və Bakıda verilən bəyanatlara gəlincə, Zaxarova bildirib ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması digər məsələlər kimi çox çətin və həssas xarakter daşıyır: “Biz konkret razılıq əldə etməmişdən əvvəl tərəflərin mövqelərini şərh etməyi məqsədəuyğun hesab etmirik”.

Bəllidir ki, rəsmi Moskva Avropa Birliyinin (Brüsselin) və ABŞ-ın Bakı və İrəvan arasında sülh təşəbbüskarlığı olduqca qısqanc, hətta əsəbi yanaşır. Di gəl, onun özü tərəflər arasında ədalətli sülh müqaviləsinin imzalanması üçün lazım olanı etmir. Əksinə, təklif elədiyi sülh variantına Kremlin və İrəvanın xeyrinə “status maddəsi” salmaq istəyir ki, bunu da Azərbaycan haqlı olaraq rədd edib. Ermənistan isə təbii ki, layihəni müdafiə edir. Bu barədə Nikol Paşinyan dəfələrlə bildirib.

Yeri gəlmişkən, sülh sazişinin “rus varaintı” İ.Xovayevin bu ilin avqustunda Bakı və İrəvana etdiyi səfər zamanı tərəflərə təqdim edilmişdi. Bəs bu dəfə o Bakıya nə ilə gəlmişdi və nə ilə getdi? Rusiya yekunda Qərbi qabaqlayaraq, masaya Azərbaycanı qane edən sülh variantı qoya biləcəkmi?

Elxan Şahinoğlu son çıxışı ilə özünü və "ağalarını" belə ələ verdi -  ƏTRAFLI - en son xeberler 2022, xeberler bu gun 2022

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlunun “Yeni Müsavat”a bildirdiyinə görə, Bakıdakı görüşdə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar prosesi, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata uyğun olaraq Ermənistan tərəfinin üzərinə düşən öhdəlikləri icra etməməsi, Soçidə keçirilmiş son görüş və onun nəticələri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb: “İqor Xovayev bundan əvvəl bölgəyə və Bakıya oktyabr ayının əvvəlində gəlmişdi. Rusiyalı diplomat həmin səfərində sülh sazişinin imzalanması məqsədilə Moskvanın Bakıya və İrəvana təkliflərini gətirmişdi. Nəticə olmadı. Liderlərin Soçi görüşü də məsələləri həll etmədi. İqor Xovayevin budəfəki səfəri də nəticəyə hesablanmayıb. Moskva sadəcə, hər dəfə Xovayev bölgəyə göndərməklə danışıqlar təşəbbüsünü nəzarətdə saxlamağa çalışır. Ancaq Brüssel və Vaşinqton da boş dayanmayıb. İqor Xovayevdən sonra bölgəyə ABŞ və Avropa İttifaqının nümayəndələri gələcəklər”.

Oxu.az - Ramiyə Məmmədova: “Ermənilər Türkiyədə pul qazanır, amma  Ermənistanda türk görmək istəmirlər”

 Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədova deyir ki, Rusiya sülh sazişində səmimi olsaydı, Qarabağın yuxarı ərazilərində min bir oyundan çıxmazdı. Onun sözlərinə görə, Xovayevi İrəvana və Bakıya səfərə göndərən Moskva Xankəndiyə Vardanyanı yollayır və beləliklə, bölgədə sülhə qarşı addımlar atır: “Biz necə onun səmimi vasitəçi olduğuna inana bilərik ki, Dağlıq Qarabağın Azərbaycan ərazisi olaraq tanınmasında maraqlı görünmür. Rusiya tam sülh sənədi istəmir və ala-yarımçıq bir razılaşmaya daha çox can atır ki, bu da özünün vasitəçiliyi ilə olsun.

Sən Qarabağda pravoslav kilsəsi tik, rus icması yarat, rus mərkəzi aç, sonra de ki, Xovayev sülh danışıqları üçün təşrif buyurub. Buna “dovşana qaç, tazıya tut” siyasəti deyilir. Kreml bölgəyə səfərləri intensivləşdirməklə sadəcə, öz varlığını, təsir imkanlarını möhkəmləndirməyə çalışmaqdadır".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR