İnsanlara hürriyət, millətlərə istiqlal!

"Putinin aşbazı"ndan Zelenskiyə ŞOK ÇAĞIRIŞ - Rusiya qələbəyə yaxınlaşır?

Son zamanlar bütün diqqət sənaye şəhəri olan Baxmuta çevrilib, rus qoşunları oranı ələ keçirmək üçün hücumlarını gücləndiriblər.

Ukraynanın Donetsk vilayətində yerləşən Baxmut Moskva üçün kritik əhəmiyyətə malikdir. Rusiya şəhəri ələ keçirsə, regionun digər şəhər mərkəzlərinə də yol açacaq. Üstəlik, 6 aydan sonra qazanılan qələbə ağır itki verən rus qoşunları üçün böyük ruh mənbəyi olacaq.

Rusiya kimi Ukrayna üçün çox önəmli olan Baxmut son vaxtlar müqavimətin yeni simvoluna çevrilib, lakin Zelenski şəhərdə vəziyyətin getdikcə pisləşdiyini etiraf edib. Zelenskinin iqtisadi müşaviri Alexander Rodnyansky geri çəkilmək barədə anons verib: "Biz xalqımızın boş yerə ölməsinə icazə verməyəcəyik".

Musavat.com xəbər verir ki, bu gün Vaqner qrupu aylardır şiddətli döyüşlərin getdiyi Baxmutu "de-fakto mühasirəyə aldığını" açıqlayıb.

“Vaqner”in rəhbəri Yevgeni Priqojin şəhəri, demək olar ki, tamamilə mühasirəyə aldıqlarını bildirib. Priqojin Zelenskini şəhəri tərk etməyə çağırıb.

Müharibənin əvvəlində Rusiyanın nəzarətində olan, lakin sentyabrda Ukraynanın geri qaytardığı Kupyansk şəhərinin də qismən boşaldılması çağırışı edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR