İnsanlara hürriyət, millətlərə istiqlal!

Putini vətən xaini elan edib, devirəcəklər – şok anons Üzeyir Cəfərovla “Canlı debat”da

Xarkov vilayətinin inzibati binasında yenidən Ukrayna bayrağı qaldırılıb. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Bildirilib ki, Xarkov vilayətinin işğaldan azad edilən ərazilərində mina və digər partlayıcılardan təmizlənmə işlərinə başlanılıb. Bölgələrdə dövlət orqanlarının işi, zədələnmiş infrastruktur bərpa edilir və əhaliyə yardım göstərilir.

Rusiya-Ukrayna müharibəsində artıq fərqli dönüş yaranır. Nələr baş verəcək? Ermənistandan Azərbaycana münasibətdə yeni xain, revanşist addımlar atılır Bunlar nədən xəbər verir?
Sankt-Peterburqun Smolninsk bələdiyyə qurumunun bir qrup deputatı Rusiya Federasiyasının Dövlət Dumasını prezident Vladimir Putinə qarşı dövlətə xəyanət ittihamı irəli sürməyə çağırıb.
Müraciəti rusiyalı deputat Dmitri Palyuqa "Twitter"də paylaşıb.

Müraciətdə bildirilir ki, Ukraynaya qarşı müharibə zamanı Rusiya ordusunun “döyüşə hazır bölmələri” məhv edilir, Rusiyanın “gənc əmək qabiliyyətli” vətəndaşları ölür və əlil olurlar.
Bundan əlavə, Rusiya iqtisadiyyatı əziyyət çəkir və Rusiyanın NATO ölkələri ilə sərhədinin uzunluğu iki dəfədən çox artıb.Deputatlar qeyd ediblər ki, elan edilmiş “Ukraynanın demilitarizasiyası” məqsədi əks effekt verib.
Deputatlar hesab edirlər ki, Putinin Ukraynanı işğal etmək qərarı Rusiya və onun vətəndaşlarının təhlükəsizliyinə xələl gətirir.
"Bununla bağlı sizdən Dövlət Dumasının deputatı kimi Rusiya Federasiyasının prezidentini vəzifəsindən kənarlaşdırmaq üçün ona qarşı dövlətə xəyanət ittihamının irəli sürülməsi təklifi ilə çıxış etməyinizi xahiş edirik", - deyə bildiriblər.


Bu və gündəmdəki digər xəbərləri bu gün saat 14.00-də “Canlı debat” verilişində hərbi ekspert Üzeyir Cəfərovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

Facebook səhifəsinin ünvanı:



https://www.facebook.com/tvmusavat

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR