İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinə BÖYÜK ŞOK - Rusların üçdə biri hələ də Priqojini dəstəkləyir

“Vaqner” ÖHŞ-nin təsisçisi Yevgeni Priqojinin reytinqi qiyamdan sonra iki dəfə azalıb, lakin hələ də nisbətən yüksək səviyyədə qalır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, “Levada” mərkəzinin bu ilin iyunun 22-28-də keçirdiyi sorğuya əsasən, üsyandan əvvəl respondentlərin 58 faizi Priqojinin fəaliyyətinə müsbət münasibət bildirirmiş. Moskvaya “ədalət marşı” adlanan yürüş başa çatdıqdan sonra bu rəqəm 29%-ə düşüb.

Sosioloqlar Priqojinə qarşı ictimai əhval-ruhiyyənin dinamikasını da təsvir ediblər. Qiyamdan əvvəl o, ruslara “həqiqət uğrunda mübariz”, “əsl lider”, “vətənpərvər” və “qalib general” kimi görünürmüş. Lakin qiyamdan sonra onunla bağlı mənfi dəyərləndirmələr (“çaşıb” , "Rusiyaya qarşı çıxıb", "hakimiyyətə can atır") daha çox önə çıxmağa başlayıb.

Priqojinlə bərabər onun əsas siyasi rəqibi Sergey Şoyqunun da nüfuzu ciddi şəkildə enib. Lakin Priqojinlə müqayisədə onun reytinqlərində ciddi dəyişiklik yaranmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR