İnsanlara hürriyət, millətlərə istiqlal!

Putindən Pelosinin Tayvana səfərinə REAKSİYA

“ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana gedişi sadəcə bir məsuliyyətsiz siyasətçinin səfəri deyil, digər ölkələrin suverenliyinə hörmətsizliyinin həyasız nümayişi, diqqətlə planlaşdırılmış təxribatdır”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvan adasına səfərini bu sözlərlə dəyərləndirib.

“Amerikanın Tayvana qarşı avantürası ABŞ-ın regionda və dünyada vəziyyəti xaotikləşdirmək üçün məqsədyönlü, şüurlu strategiyasının bir hissəsi, digər ölkələrin suverenliyinə hörmətsizliyin nümayişidir. Biz bunu diqqətlə planlaşdırılmış təxribat kimi qiymətləndiririk”, - deyə Putin Beynəlxalq Təhlükəsizlik üzrə 10-cu Moskva Konfransının iştirakçıları və qonaqlarına müraciətində bildirib.

Onun sözlərinə görə, ABŞ növbəti dəfə qəsdən odun üstünə yağ tökməyə və Asiya-Sakit okean regionunda vəziyyəti gərgiləşdirməyə çalışıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR