İnsanlara hürriyət, millətlərə istiqlal!

Putindən mühüm TÜRKİYƏ AÇIQLAMASI - Tez bir zamanda...

Xəbər verdiyimiz kimi, oktyabrın 31-də Rusiyanın Soçi şəhərində Rusiya Prezidenti Vladimir Putinin dəvəti əsasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə növbəti üçtərəfli görüş keçirilib.

Musavat.com xəbər verir ki, üçtərəfli görüşdən sonra Rusiya Prezidenti mətbuat nümayəndələrinin suallarını cavablayıb.

“Kiyev danışıqlar masasında oturmaq istəmir”

Ukrayna-55 (4).jpg (233 KB)

Jurnalistlərin Ukrayna ilə danışıqların davam edib-etməyəcəyi sualını cavablandıran Putin Kiyevin danışıqlar masasına oturmaq istəmədiyini təkrar edib: “İstanbulda onlarla razılığa gəldik, lakin sonradan bu razılaşmanı kənara atdılar. İndi onlara bizimlə danışmağı özlərinə qadağan ediblər. Əgər bizimlə danışmaq belə istəmirsə, indi razılaşmanın mümkünlüyünü necə qiymətləndirə bilərik?"

Danışıqlara münasibətinin dəyişməyəcəyini vurğulayan Rusiya lideri deyib: "Gözləyirik. Ola bilsin, əlverişli şərtlər yaranar. Amma bizim xoş niyyətimiz bəllidir. Buna heç bir şübhə olmasın".

Putin, həmçinin Krımda Rusiya donanmasının hücuma məruz qaldığını xatırladıb və Ukraynanın bir çox şəhərlərini bombardman etməklə cavab verdiklərini bildirib.

"Türkiyədə qaz mərkəzini tezliklə yarada bilərik"

2312412_1200x627.jpg (84 KB)

Putin Rusiya qazını Avropaya daşıyan “Şimal axını” və “Şimal axını 2” qaz boru kəmərlərində yaşanan problemlərdə yenidən qərb ölkələrini günahlandırıb və terror aktlarının həyata keçirildiyini vurğulayıb:

“Səhər saatlarında “Qazprom”un baş direktoru Aleksey Miller mənə dedi ki, şirkətə partlayış baş verən yerdə araşdırma aparmağa icazə verilib. 40 metr uzunluğunda boruda qırılma var. Qaz kəmərində 259 metrlik ayrılma var. Aparılan araşdırmalardan aydın görünür ki, bu, terror aktıdır".

Rusiya lideri Türkiyədə qaz mərkəzinin yaradılmasının bir zərurət halına gəldiyini bildirib:

“Mümkün olan seçimin Türkiyənin lehinə edilməsinə gəlincə, düşünürəm ki, bunu niyə etdiyimiz aydındır. Çünki avropalı tərəfdaşlarla birbaşa işləmək çox çətindir. Mən bunu prezident Rəcəb Tayyib Ərdoğanla son görüşümüzdə təklif etmişdim. Tez bir zamanda Türkiyədə qaz mərkəzi yarada bilərik".

Qərblə problemlərinə baxmayaraq, müştəri tapmaqda çətinlik çəkməyəcəklərini ifadə edən Putin deyib ki, təbii qazın alıcısı həmişə var: "Bu məhsula bütün dünyada böyük tələbat var. Rusiya qazını almaq istəyənlər çoxdur".

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR