İnsanlara hürriyət, millətlərə istiqlal!

Putindən MÜHÜM FƏRMAN - Bu şəxslərə Rusiya vətəndaşlığı veriləcək

Rusiya prezidenti Vladimir Putin Xüsusu Hərbi Əməliyyat dövründə Rusiya Silahlı Qüvvələrində və ya hərbi birləşmələrdə hərbi xidmət keçmək üçün müqavilə bağlamış və ya oradan tərxis edilmiş xarici vətəndaşlara Rusiya vətəndaşlığının verilməsi haqqında fərman imzalayıb.

Onların ailə üzvləri də bu hüquqdan yararlana biləcəklər.

Bunun üçün əcnəbilər əlavə sənədlər paketini təqdim etməklə Daxili İşlər Nazirliyinin ərazi orqanlarına ərizə təqdim etməlidirlər.

Xarici dillərdə olan sənədlər rus dilinə tərcümə edilməli və notarial qaydada təsdiqlənməlidir. Bütün müraciət edənlər məcburi dövlət barmaq izi qeydiyyatından keçəcəklər. Fərman ərizəyə baxılması üçün bir aydan çox olmayan müddət verir. Bəzi halları aydınlaşdırmaq üçün bu müddət uzadıla bilər, lakin üç aydan çox olmamalıdır.

Afaq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR