Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putin, ABŞ, Fransa və İran rəsmiləri ilə danışıqlar zamanı Tehranın uranı zənginləşdirməkdən tamamilə imtina etməsini nəzərdə tutan razılaşmanı dəstəkləyib.
Musavat.com xəbər verir ki, bu barədə Axios nəşri Avropa, İsrail və ABŞ-dakı məlumatlı mənbələrə istinadla məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Putin ABŞ Prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makron və İran rəsmiləri ilə danışıqlarda İranın uran zənginləşdirməsini dayandırmasını dəstəklədiyini açıq şəkildə ifadə edib.
Nəşr qeyd edir ki, bu yanaşma Rusiya Federasiyasının rəsmi bəyanatları ilə ziddiyyət təşkil edir, çünki Moskva uzun illər İranın uranı zənginləşdirmək hüququnu tanıdığını bildirirdi.
Axios-un məlumatına görə, Rusiya gizli danışıqlarda razılaşma əldə olunacağı təqdirdə İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarını ölkədən çıxarmağa hazır olduğunu da bildirib.
Bunun müqabilində, Rusiya İrana nüvə elektrik stansiyaları üçün 3,67%-dək zənginləşdirilmiş uran, habelə Təbrizdəki tədqiqat reaktorunda və tibbi izotopların istehsalı üçün lazım olan az miqdarda uran tədarük etməyi təklif edib.
Musavat.com
13 Iyul 2025
12 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ