İnsanlara hürriyət, millətlərə istiqlal!

Putindən iddia: Ukrayna “Türk axını”nı partlatmaq istəyib  

Rusiya Təhlükəsizlik Şurasının iclasında çıxış edən prezident Vladimir Putin Ukraynanın “Türk axını” qaz kəmərini partlatmağa cəhd etdiyini bildirib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Ukrayna tərəfindən Rusiyanın elektrik enerjisi və qaz infrastrukturunun sıradan çıxarılması üçün çoxsaylı təxribatlara həyata keçirilib.

Putinin iddiasına əsasən Ukraynanın xüsusi xidmət orqanlarının Rusiya qazını Qara dənizin dibi ilə Türkiyəyə çatdıran “Türk axını” kəmərinin bir xəttini də partlatmaq planı olub:

“Bu, obyektiv məlumatlar, o cümlədən terror aktını hazırlayan və artıq həbs olunmuş şəxslərin ifadələri əsasında sübuta yetirilib”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR