İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin və Zelenski bu şəhərə dəvət edildi

Pol Qozar Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskini sülh danışıqları aparmaq üçün Arizonaya dəvət edib.

Musavat.com xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Rusiya və Ukraynanın Vaşinqtondakı səfirliklərinə göndərilən müvafiq məktubu tviterdə dərc edib.

O, müraciətində prezidentləri Feniks şəhərinə gəlməyə dəvət edib.

“Mən sadəcə olaraq Konqresin üzvüyəm, diplomat deyiləm. Lakin sizin ölkələrinizdə kifayət qədər ölüm və dağıntılar görmüşəm və bunun şahidiyəm. Yaşananlar qəbuledilməzdir. Sülh yolu ilə həll cəhdlərinin olmamasına görə inciklikdən öz başıma hərəkət etmək ehtiyacı hissinə keçdim. Əgər bizim siyasətimizdə və ya silahlı qüvvələrimizdə bu müharibəni ağlasığmaz qlobal ölüm və dağıntılar olmadan başa çatdırmağa çalışacaq bir lider yoxdursa, mən bunu etməliyəm” -, deyə P.Qozar bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR