İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin və Kim Çen Ina nə hədiyyə verib, ondan nə alıb...

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov keçirdiyi brifinqdə Şimali Koreya lideri Kim Çen Inla Rusiya prezidenti Vladimir Putin arasında mübadilə edilən hədiyyələrdən danışıb.

Musavat.com-un Rusiya mediasına istinadla verdiyi xəbərə görı, Peskov deyib ki, Kreml belə şeyləri reklam etməməyə çalışır, lakin iki dövlətin liderləri həqiqətən də bir-birlərinə hədiyyələr veriblər.

Peskovun sözlərinə görə, Putin Şimali Koreya liderinə bir neçə dəfə kosmosda olmuş skafandrın əlcəyini hədiyyə edib. Kim Çen In öz növbəsində Putinə Şimali Koreya silah ustalarının hazırladığı karabin hədiyyə edib. Başqa hədiyyələr də olub, lakin Peskov hansı hədiyyələr olduğunu dəqiqləşdirməyib.

Sentyabrın 13-də Kim Çen In Vostoçnı kosmodromuna gəlib və orada Putinlə danışıqlar aparıb. Görüşdən sonra Rusiya lideri bildirib ki, o, həmsöhbəti ilə iki ölkə arasında kənd təsərrüfatı və nəqliyyat sahələrində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib. Kim Çen In öz növbəsində Rusiya lideri ilə dünyadakı vəziyyətlə bağlı fikir mübadiləsi apardığını bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR