Onlayn ictimai-siyasi qəzet
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında diplomatik kanallar vasitəsilə görüş hazırlanır.
Musavat.com xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat yayılıb.
Məlumatda qeyd olunur ki, görüşüb tarixi və yeri hələ müəyyən edilməyib.
Bu barədə Rusiya mətbuatında da məlumatlar yayılıb. Rusiya KİV-i məlumatı Türkiyə liderinin administrasiyasına istinadən verdiyini açıqlayıb.
Türkiyə Prezident Administrasiyası görüşün gündəmdə olduğunu, diplomatik kanallar vasitəsilə müvafiq işlərin aparıldığını, hələlik konkret bir şeyin olmadığını açıqlayıb.
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ