İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin üçtərəfli görüşdə razılaşdırılmayan məsələləri açıqlamayıb

Hansı məsələlərlə bağlı razılığa gələ bilmədiyimizi açıqlaya bilmərəm.

APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə keçirilən Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünün yekunları ilə bağlı mətbuat konfransında bildirib.

“Praqada Azərbaycan və Ermənistan liderlərinin görüşünün Rusiyanın iştirakı olmadan keçirilməsinin səbəbi bizə aydındır. Bunu heç kəsə izah etmək lazım deyil. Bizim avropalı tərəfdaşlarımız öz siyasətlərini elə həyata keçirirlər ki, Rusiyanı belə formatlardan istisna hesab edirlər”.

Rusiya lideri deyib ki, bu bir sıra vəziyyətlərdə mümkün deyil.

“Lakin biz öz tərəfimizdən nizamlanmaya istiqamətlənən bütün səyləri alqışlayırıq. Biz gərginliyi azaldan bütün addımları dəstəkləyirik. O ki, qaldı hansı məsələləri razılaşdıra bilmədiyimizə. Bu haqda danışmaq olarmı? Olar. Amma lazım deyil. Ona görə ki, əgər bu məsələlər hələ də nizamlanmayıbsa, fikrimcə ona diqqəti cəmləmək lazım deyil. Bunlar hər iki tərəf üçün çox həssas şeylərdir. Hesab edirəm ki, onları həmkarlarımın razılığı olmadan açıqlamaq hüququm yoxdur”,- deyə Vladimir Putin bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR