İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Şimali Koreyaya GEDİR - Tarix AÇIQLANDI

Rusiya prezidenti Vladimir Putin iyunun 18-19-da Koreya Xalq Demokratik Respublikasına səfər edəcək.

Musavat.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Şimali Koreya lideri Kim Çen In 2023-cü ilin sentyabrında Putinin dəvəti ilə Rusiyaya rəsmi səfər edib. Rusiya KXDR-in sərhədlərinin bağlandığı koronavirus pandemiyasının başlanğıcından bəri Kim Çen Inın səfər etdiyi ilk dövlət olub.

Putin Pxenyana yeganə səfəri 2000-ci ilin iyulunda, prezident inauqurasiyasından iki ay sonra olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR