İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Sankt-Peterburq Forumunda çıxışında bir dəfə olsun Ukraynanın adını çəkmədi

Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumundakı (SPIEF-2023) çıxışında Ukrayna savaşını xatırlatmaqdan imtina edib. Prezident heç “xüsusi hərbi əməliyyat” haqqında da danışmayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Putinin müharibə ilə bağlı qeyd etdiyi yeganə şey büdcə xərclərinə aid oub. “Müdafiə və təhlükəsizliyin gücləndirilməsi, silahların alınması üçün də əlavə vəsait lazım idi. Biz bunu ölkəmizin suverenliyini qorumaq üçün etməyə borcluyuq”,-deyə o bildirib.

Putin nə müharibədən, nə cəbhədəki vəziyyətdən, nə də Rusiya ordusundan danışıb.

Halbuki 2022-ci ildə SPIEF-dəki çıxışında Putinin çıxışınn önəmli hissəsi Ukraynadakı müharibəyə həsr olunmuşdu. Həmin vaxt o, "öz xalqını qorumaq üçün mübarizə aparan" və "Rusiyanın azad və təhlükəsiz inkişaf hüququnu müdafiə edən” hərbçilərdən və "Donbas milislərindən" danışırdı. “Xüsusi hərbi əməliyyat” məqsədlərini açıqlamış və bu qərarın onlar üçün “məcburi” olduğunu demişdi. “Xüsusi hərbi əməliyyatın bütün vəzifələri, şübhəsiz ki, öz həllini tapacaq”, - deyə ötən il RF prezidenti çıxışında söyləmişdi.

Keçən il prezident həmçinin Qərb ölkələrini “anti-Rusiya” ssenarisini həyata keçirməkdə, “Ukrayna silahlandırmaqda” və “Şərqdə NATO-nun dayağı”nı yaratmaqda ittiham edib. O, Qərbin iqtisadi problemlərindən danışarkən bir neçə dəfə ABŞ-ın adını da çəkib.

Bundan başqa 2022-ci ildə Putin çıxışında altı dəfə “Ukrayna”, “Kiyev” və ya “Kiyev rejimi” sözlərindən istifadə edib, həmçinin “Donbass xalq respublikaları”nın sakinlərinin “Kiyev rejimi və Qərbin himayəsindəki neonasistlər tərəfindən soyqırımı”a məruz qaldığını iddia edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR