Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putin müharibənin dayandırılması üçün Qərbə konkret şərtlər irəli sürüb.
Musavat.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi yüksək vəzifəli Rusiya mənbəsinə istinadla məlumat yayıb.
Məlumata əsasən, Kreml Qərbdən Ukraynanın, eləcə də Gürcüstan, Moldova və digər keçmiş SSRİ respublikalarının NATO-ya üzvlüyünün yazılı şəkildə istisna olunmasını tələb edir.
Bundan əlavə, Rusiya Ukraynanın neytral statusda qalmasını, ölkəyə tətbiq edilən sanksiyaların aradan qaldırılmasını və Ukraynada yaşayan rusdilli əhalinin “müdafiəsinin təmin edilməsini” istəyir.
Kremlə yaxın mənbənin bildirdiyinə görə, bu tələblər Moskvanın əsas mövqeyini əks etdirir və Rusiya bu şərtlər yerinə yetirilməyəcəyi təqdirdə hərbi əməliyyatları dayandırmağa hazır deyil.
Analitiklər hesab edir ki, Putinin bu tələbləri Qərb üçün qəbuledilməz görünə bilər və bu, danışıqlar prosesini daha da mürəkkəbləşdirə bilər.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ