İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin: “Qaza görə rublla ödənişdən imtina olunsa, müqavilə dayandırılacaq”

Rusiya dost olmayan ölkələrin aprelin 1-dən qaz müqavilələrinə görə ödənişi rublla etməyəcəyi təqdirdə, bunu müqavilə şərtlərinin pozulması hesab edəcək.

APA RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin aviasiya sahəsinə həsr olunmuş iclasda çıxışı zamanı deyib.

O, rublla ödənişlərin olmayacağı təqdirdə hansı addımların atılacağını da qeyd edib.

“Əgər rublla ödənişlər olmasa, bunu alıcının müqavilə şərtlərini pozması kimi qəbul edəcəyik”, - Putin vurğulayıb.

Rusiya lideri diqqətə çatdırıb ki, bunun doğuracağı nəticələr məlumdur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR