İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail və İrandan SON DƏQİQƏ: Bitdi, hərbi CAVAB olacaq! CANLI

İsrail İrana oktyabrın 18-də hücum edəcək. İranın “Pelikan.media” saytı məlumat yayıb. Xəbərdə deyilir ki, İsrail tarixi dəqiqləşdirib. “Yalnız hərəkət üçün əmr gözlənilir”.


İran mətbuatı məlumatı hansı mənbədən əldə etdiyi barədə bilgi verməyib. Bu əsnada, İsrail hökumətinin rəsmiləri baş nazir Benjamin Netenyahudan İranın atom enerjisi obyektlərinə zərbə endirməyi tələb ediblər. SEPAH rəhbərliyi isə bəyan edib ki, əgər İsrail 1 zərbə vurarsa, qarşılıq olaraq 10 raket atılacaq.

“İsrail İrana hücum etsə, Təl-Əvivə sərt cavab veriləcək”. İranın Türkiyədəki səfiri Məhəmməd Həsən Həbibullahzadə belə deyib. “Bu andan etibarən İranın sağlam düşüncəyə sadiq qaldığı dövr bitdi. Sionist rejim İrana hücum edərsə, sərt hərbi cavab alacaq. İran müharibənin yayılmasını istəyən ölkə deyil. Livan və Fələstində atəşkəs istəyirik, lakin bu ölkələrin və insanların hüquqlarının qorunması şərti ilə”, - o bildirib.

39 iranlı deputat isə İsrailin hücumu təhlükəsi səbəbindən nüvə silahının yaradılmasına icazə verilməsi tələbi ilə ölkənin Təhlükəsizlik Şurasına müraciət edib. İranın İSNA agentliyi məlumat yayıb. Xatırladaq ki, oktyabrın 1-də İran İsrailə kütləvi raket hücumu həyata keçirib. SEPAH-ın məlumatına görə, İran raketlərinin 90 %-i hədəflərini uğurla vurub. İsrail və ABŞ mənbələri isə bildirir ki, atılan raketlərin hamısı zərərsizləşdirilib.
İsrailin müdafiə nazirinin ABŞ-a səfəri ona görə təxirə salınıb ki, bu ölkənin Nazirlər Kabineti İslam Respublikasının hücumuna cavabla bağlı səsverməyə hazırlaşır və səsverməyə qədər Benyamin Netanyahu Qallantın ABŞ-a getməsini istəmir. NBC telekanalı məlumat yayıb. Bəzi qeyri-rəsmi məlumatlara görə, Qallantın ABŞ-da olduğu müddətdə İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırır. Qeyd edək ki, Qallant ABŞ-a ötən gün nəzərdə tutulan səfərini təxirə salıb.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu politoloq Zaur İbrahimli ilə Yaxın Şərq və Ukrayna böhranlarını müzakirə edir.

https://www.facebook.com/tvmusavat


Youtube səhifəsinin ünvanı:


https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR