İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstandan qəti mövqe: Rusiyaya qarşı heç bir sanksiyaya qoşulmuruq

 

Gürcüstan hökuməti Avropa Parlamenti üzvlərinin çağırışına baxmayaraq, Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi planlaşdırmır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu İmedi telekanalına müsahibəsində Gürcüstanın iqtisadiyyat naziri Levan Davitaşvili deyib.

Nazirin sözlərinə görə, bu sanksiyalar yalnız Gürcüstana zərər verəcək və Rusiyaya heç bir təsir göstərməyəcək.

“Biz bütün qərarları gürcü xalqının maraqları əsasında qəbul edirik. Tərəfdaşlarımız başa düşməlidirlər ki, bizim bütün qərarlarımız ölkənin rifahına xidmət edir və bu, bütövlükdə Avropanın rifahının bir hissəsidir”, - deyə Davitaşvili bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR