İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Priqojini niyə qəbul etdi? - İLGİNC DETALLAR

Putin Priqojini Kremldə qəbul edib və “Vaqner” komandirləri ilə 3 saatlıq görüş keçirib, halbuki, onları “xain” elan etmişdi və “sürgün”ə göndərmişdi.

Musavat.com xəbər verir ki, bununla Putinin “geri addım” atdığı görünür və qiyamçıların “bağışlanması” səbəbsiz deyil:

- Ukraynada müharibənin getdiyi vaxt “Vaqner”ə ehtiyacı var;

- “Vaqner” Afrika ölkələrində Rusiyanın planlarını icra edir;

- Bu muzdlu döyüşçülərin nəzarətdən çıxması Rusiya daxilində Putinə qarşı cəbhənin genişlənməsi ilə nəticələnə bilər;

Lakin gözlənildiyi kimi, Priqojin və dəstəsinin qiyamı Putinin devrilməsi ilə nəticələnmir, əksinə, onlar yenidən “çarın” hüzuruna çıxmağa can atır. Məhz bu Priqojin-Şoyqu qarşıdurmasının əvvəldən Putinin özü tərəfindən “idarə olunduğu” ehtimalını gücləndirən amildir: tərəfləri döyüşdürür, “hakim” rolunda daim özündən asılı vəziyyətə salır və hakimiyyətini qoruyur;

Mümkündür ki, “Vaqner”ə Ukrayna müharibəsində yeni missiya tapşırılsın, bu, daha çox təxribat hücumları ilə bağlı ola bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR