Onlayn ictimai-siyasi qəzet
İtaliya Baş naziri Corcia Meloninin ABŞ Prezidenti Donald Trampla görüşdəki ifadəsi sosial şəbəkələrdə gündəm olub.
Musavat.com xəbər verir ki, ukraynalı biznesmen Yuliya Savostina görüşdən çəkilmiş bir kollajı "İtaliyanı bu cür şeylərə görə sevirəm. Meloni – kostyumda və bu ifadə ilə" sözləri ilə paylaşaraq yayımlayıb.
Məşhur fotoda Meloninin ciddi və bir qədər də ironik görünən üz ifadəsi istifadəçilər arasında sürətlə yayılıb və minlərlə paylaşım toplayıb.
Foto Yuliya Savostinanın “Facebook” səhifəsində paylaşılıb.
Sosial şəbəkə istifadəçiləri Meloninin mimikasını müxtəlif şərhlərlə müşayiət edərək, bu görüntünü internetin yeni "mim"i adlandırıblar.
Musavat.com
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ