İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Paşinyanı necə cəzalandıracaq? - Moskva “açdı sandığı...”

Ermənistanda Rusiyaya qarşı kampaniyanın növbəti dalğası başlayıb. Erməni cəmiyyəti, hökuməti Rusiyadan mümkünsüzləri, kor-təbii şəkildə onları dəstəkləmələrini, reallıqların əleyhinə getməyi istəyir.

Kreml isə hər nə qədər erməni havadarı olsa da, mövcud reallıqlarda utopik erməni iddialarına dəstək nümayiş etdirə bilmir. Artıq elə bir vəziyyət yaranıb ki, ermənilər sülhməramlıların Qarabağdan getməsini tələb edir, baş nazir Nikol Paşinyan da Rusiyaya qarşı açıqlamalar verir. Xüsusən də Nikolun İtaliya mediasına verdiyi son müsahibəsi Rusiyada qəzəb yaradıb. “Ermənistanın Baş naziri Nikol Paşinyanın İtaliya mətbuatına müsahibəsində Rusiya ilə bağlı açıqlamalarının tonu qəbuledilməzdir. Moskva bu bəyanatlardan olduqca narazıdır”. “Yeni Müsavat” xatırladır ki, bunu TASS-a Rusiya XİN-dəki diplomatik mənbə bildirib. “Moskva Ermənistan rəhbərliyinin son publik bəyanatlarından, o cümlədən Ermənistan Baş nazirinin İtaliyanın "La Repubblica" qəzetinə verdiyi müsahibədən və Ermənistan Xarici İşlər Nazirliyinin avqustun 31-də verdiyi şərhdən son dərəcə narazıdır. Xüsusilə Ermənistanın Baş naziri Rusiya Federasiyasının regiondan uzaqlaşmasının mümkünlüyünü bəyan edib. Əslində İrəvanı bu məqsədə çatmaq üçün vasitə kimi istifadə edərək Rusiyanı Cənubi Qafqazdan süni şəkildə sıxışdırmağa çalışırlar. Rusiya Ermənistanın ən yaxın qonşusu və dostu kimi regionu tərk etmək niyyətində deyil. Lakin bu, ikitərəfli küçə olmalıdır: Ermənistan da Qərbin Rusiyanı sıxışdırmaq alətinə çevrilməməlidir", - deyə diplomatik mənbə qeyd edib.

Diplomatik mənbənin sözlərinə görə, “Qarabağ münaqişəsi heç vaxt Ermənistan və Azərbaycan arasında ərazi mübahisəsi olmayıb” tezisi yalandır. “Qarşıdurmanın kökündə Azərbaycan SSR-in keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu məsələsi dayanır, Ermənistan isə Azərbaycan ərazisinin bir hissəsini uzun müddət öz nəzarətində saxlayıb”, - deyə agentliyin həmsöhbəti bildirib. Agentliyin həmsöhbəti Aİ-nin himayəsi altında 6 oktyabr 2022-ci ildə Praqada və 14 may 2023-cü ildə Brüsseldə Ermənistan rəhbərliyinin “Qarabağ Ermənistandır” bəyanatlarından Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa kimi 180 dərəcə dönüş etdiyini yada salıb: “Bu, 9 noyabr 2020-ci il tarixli sazişlərin şərtlərini kökündən dəyişdirib və Rusiya sülhməramlı kontingentinin Qarabağdakı işini mümkün qədər çətinləşdirib. Buna baxmayaraq, Rusiya sülhməramlıları yerdə vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün hər cür səy göstərir”. Mənbə onu da qeyd edib ki, sülhməramlı kontingentə bu cür əsassız hücumlar zərərdən başqa heç nə gətirmir, o cümlədən Ermənistanın özünə... “Ermənistanın özünü geri çəkməsi Dağlıq Qarabağ ətrafındakı çətin humanitar vəziyyətin həllinə kömək etmir. Meqafon diplomatiyası Bakı-Xankəndi-İrəvan üçbucağında əməli işi əvəz etmək iqtidarında deyil”, - deyə diplomatik mənbə fikirlərini yekunlaşdırıb.

Paşinyanın Qərb dairələrinin yetirməsi, “Soros uşağı” olması sirr deyil. Düzdür, müəyyən bir dönəmdə Nikol Rusiya ilə münasibətləri normal saxlamağa çalışdı, ancaq yenə öz ampluasına qayıdıb və son müsahibəsi ilə Kremli əməllicə əsəbiləşdirib. Bu arada Ermənistanda başlayan siyasi çaxnaşmalar, mitinqlərə çağırışlar, Koçəryan-Sərkisyan qruplaşmasının davranışları onların Rusiyaya arxalanaraq mövqelərini gücləndirir... İrəvandakı mövcud gərginliklər, proseslərin indiki həssas vaxtında Rusiya Ermənistanı qarışdırsa, Nikolun devrilməsinə start verilsə, hansı nəticələr ola bilər? Qərb Paşinyanı qorumaqda maraqlı olacaqmı?

Dumanın ermənipərəst üzvü, lakin İrəvana girişinə qadağa qoyulan Konstantin Zatulin deyib ki, Paşinyanın özünü bu qədər sərbəst hiss etməsi Ermənistan müxalifətinin zəifliyindən irəli gəlir. Rus deputat deyib ki, bu gedişlə Ermənistan “adi Yaxın Şərq ölkəsinə” çevriləcək: “Hansı ki, orada əsas mahiyyəti alış-veriş təşkil edir, orada vacib milli maraqlar yoxdur...”

Ermənistanın dünyaya qapısı açılır" - Qabil Hüseynli Yeni Sabah

Qabil Hüseynli 

Professor Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Rusiya Paşinyanı çoxdan devirmək istəyir: “Hətta bunu gizlətmir də. Paşinyanın son intervüsündən sonra əksər ekspertlər belə qənaətə gəliblər ki, Putin onu heç vaxt bağışlamayacaq və mütləq qisasını alacaq. Artıq Nikol Paşinyan Qərbdən o qədər təminat alıb ki, Rusiya prezidentini Qərbi Avropa mətbuatında tənqid etməkdən çəkinmir. Qərb ölkələri isə Rusiya ilə Ermənistan əlaqələrini daha da gərginləşdirmək üçün bu ölkənin NATO-ya qəbul edilməsi kimi fikirlər səsləndirməyə başlayırlar. Bəziləri daha da uzağa gedərək bəyan edirlər ki, Ermənistan lazımi tədbirləri həyata keçirsə, Avropa Birliyinin qapıları da taybatay onun üzünə açıla bilər”.

Q.Hüseynli vurğuladı ki, Qərb ekspertləri bunun baş verməsini Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) və Avrasiya İqtisadi Birliyindən (AİB) uzaqlaşmasında görürlər: “Paşinyan bir ildir ki, blokun iclaslarını boykot edir, İrəvanda nəzərdə tutulan toplantılarına isə icazə vermir. Avrasiya İqtisadi Birliyinin sonuncu iclasına da getməmişdi. Belə görünür ki, Paşinyan qərbyönümlü siyasətini ardıcıl surətdə həyata keçirir və Rusiyanın ona qarşı hazırladığı təxribatları isə Qərbin dəstəyi ilə aradan qaldıra bilir. Ekspertlər də qeyd edirlər ki, Nikolun bu cəsurluğu sayəsində Bayden onu müdafiə etməyə hazır olduğuna eyham vurub”.

ABŞ-Türkiyə münasibətlərində gərginlik yeni mərhələyə keçəcəkmi - politoloq  danışır - 22.06.2019, Sputnik Azərbaycan

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədova Ermənistan uğrunda strateji rəqabətin gücləndiyini söylədi. Ekspert bildirdi ki, Paşinyanın Rusiya siyasəti isə hamar deyil: “Gah Moskvaya yarınır, gah tənqid edir. Ermənistan bir yandan Rusiyaya sanksiyalardan yayınmaqda yardım edir, digər tərəfdən, onun Qarabağla bağlı siyasətini kəskin pisləyir, ittihamlar yağdırır. Aydındır ki, Ermənistan Rusiyanın orbitindən tam uzaqlaşmaq xəttini götürüb. Lakin bu elə də asan deyil. Qərb də keçmiş sovet məkanında rəngli inqilablardan sonra yenidən rus təsirinin artmasını müşahidə edib. Yəni bir təcrübə mövcuddur. Ona görə bu dəfə Paşinyanı qorumağa məcburdurlar. Əks halda, Ermənistan Gürcüstan kimi yenidən Rusiyanın peykinə xeyli yaxınlaşa bilər. İndi isə fürsətdir, Ukrayna cəbhəsi rusların başını qarışdırıb. Oradan tam çıxanda isə İrəvanla haqq-hesabı çürüdəcəklər”.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və "ağalarını" belə ələ verdi -  ƏTRAFLI, en son xeberler 2023, xeberler bu gun 2023

 Elxan Şahinoğlu

Analitik Elxan Şahinoğlunun sözlərinə görə, Ermənistanın müxalifət təmsilçiləri, o cümlədən keçmiş prezident Serj Sərkisyan ölkəsinin və Qarabağın onlar üçün hazırkı ağır durumunun səbəbini Nikol Paşinyanın hakimiyyətini davam etməsi ilə əlaqələndirirlər: “Onlar hesab edirlər ki, nə qədər ki, Nikol Paşinyan baş nazirdir, vəziyyət onlar üçün daha da çətinləşəcək, Azərbaycan Qarabağın tamamı ilə yanaşı Qərbi Zəngəzuru da ələ keçirəcək. Ermənistanın keçmiş xarici işlər naziri Vartan Oskanyan Paşinyanın istefasını tələb etməsə də, baş nazirdən Azərbaycanın ərazi bütövlüyü ilə bağlı açıqlamasını geri götürməsini tələb edir: "Başımıza gələn bəlalar Nikol Paşinyanın Qarabağ daxil, Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlıdır". Oskanyan hesab edir ki, Paşinyanın bu açıqlamasından sonra beynəlxalq aləmin Azərbaycana təzyiq etmək imkanları minimuma enib. Erməni radikalların məntiqinə görə, Nikol Paşinyan istefa versə və ya Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina etsə, vəziyyəti öz xeyirlərinə düzəldə biləcəklər. Bunlar anlamaq istəmirlər ki, İkinci Qarabağ müharibəsi bölgədəki şərtləri dəyişib, Paşinyanın yerində kim olursa-olsun, Azərbaycan Qarabağın tamamını nəzarətə götürmək siyasətindən imtina edən deyil. Düyməyə basılıb, geri dönüş mümkün deyil. Bu, yaxın 35 ildə separatizmlə mübarizədə minlərlə vətəndaşını itirən, qətliamlar görən Azərbaycan cəmiyyətini sifarişidir".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR