İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin niyə bu qədər ağılsızlıqlar edir?

Kamran Həsənli: “Putin yalanlar dünyasında yaşayırdı...”

Son zamanlar dünyada ən çox müzakirə olunan məsələ heç şübhəsiz ki, Rusiya prezidenti Vladimir Putinin heç bir məntiqə uyğun olmayan, səbatsız davranışlarıdır. Rauf Arifoğlunun moderatorluğu ilə yayımlanan “Dərin Təhlil” verilişində tanınmış aparıcı Kamran Həsənli bu mövzuya dair münasibətlərini bildirib.

Musavat.com xəbər verir ki, K.Həsənli Putinin son 20 ildə hakimiyyəti zamanı ətrafındakı bütün alternativ fikirləri boğduğunu deyib: “Ona məlumatları qovluqlarda gətirirlər, internetlə məşğul deyil. Navalnının göstərdiyi sarayı da gördüz. Ona heç kim onun istəmədiyi məlumatı gətirə bilmir. Bu, birinci səbəbdir. İkincisi korrupsiya və rüşvət o qədər caynağına alıb ki, orduya, hərbiyə, kəşfiyyata buraxılan pul da yeyilib. Ukraynada xəfiyyə şəbəkəsi yaratmaq üçün işlər görmüşdü, amma uğursuz idi. Onu inandırmışdılar ki, Ukraynaya girən kimi onu gül-çiçəklə qarşılayacaqlar. Onu da buna Medvedçyuk inandırmışdı. Pullar yeyildi. Putinin ətrafında olan insanlar o pulu aparıb Qərbə qoyublar. Qərb daha cəlbedicidir. Putin özü üçün illüziya yaradıb. O pullar yeyildyinə görə, Putinin psixoloji durumu, ona qovluqlarda gətirilən yalan məlumatlar həmin kəşfiyyatın puç məlumatları bu sonucu gətirdi. Biz bilmirik ki, Şoyqu kimdir. Rusiyanı korrupsiya və rüşvət bərbad hala salıb”.

K.Həsənli Putinin yalanlar dünyasında yaşadığını bildirib. Onun sözlərinə görə, Putini böyük yalanlara inandırıblar: “Onu inandırmışdılar ki, Lüpen də, Makron da, Merkel, Şolts da bizim adamdır. Heç bir sanksiya olmayacaq. Bu rüşvət və korrupsiya bir yerə qədər işləyir. Amma bir məqam gəlir ki, sənin ən böyük rəqibin korrupsiya və rüşvət əlaqələrinə girdiyin adam olur. Axı onlar daha öncə səndən asılı idilər. Onlara qarşı kompromatlar var – KQB işləyir. Putin Rusiyası elə bir quyudadır ki, elə bir sanksiyalar ona tətbiq olunub ki, bunun sonucu yaxşı olmayacaq. Ortada dünya nəhəng şirkətlərinin prinsipləri var. O şirkətlər ki, Rusiyadan gedir, onlar bunu prinsip əsasında edirlər”.

Verilişin canlı versiyası ilə aşağıdakı linklər vasitəsilə izləyə bilərsiz.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR