Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putinin qonaqları oturtduğu stol yenidən dünya mətbuatının və sosial şəbəkələrin müzakirə obyektinə çevrilib.
Musavat.com xəbər verir ki, bu dəfə müzakirələr onun yeni stolu ilə bağlıdır.
"Spiegel" nəşri ötən həftə Putinin Kreml sarayında Rusiyanın 12 dini liderini qəbul etdiyi tədbirdən yayımlanan fotoya diqqət çəkib.
Fotodan aydın görünür ki, Putinin oval formalı uzun stolu dördkünc stolla əvəzlənib. Lakin stol o qədər böyük və enlidir ki, qarşı-qarşıya oturan şəxslər arasında 6 metrə yaxın məsafə yaranır.
Dini liderlərlə görüşdə Rusiya prezidenti stolun bir tərəfində tək oturub, dini liderlər isə o biri tərəfdə. Nəticədə, ən yaxın qonaqla Putinin arasında 6 metrlik məsafə yaranıb. Aydın görünür ki, Rusiya prezidenti yaxın ətrafında kiminsə əyləşməyindən ehtiyat edir.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ