İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Manturovu hər kəsin içində TƏHQİR ETDİ: "Özünü axmaqlığa qoyma!" - VİDEO

Rusiya prezidenti Vladimir Putin hökumət nümayəndələri ilə 2023-cü ilin ilk iclasını keçirib.

Musavat.com xəbər verir ki, baş nazirin müavini, eyni zamanda ticarət və sənaye naziri Denis Manturova əsəbiləşən Putin onu açıq şəkildə danlayıb.

Rusiyanın dövlət agentliyi olan RİA Novosti-nin yaydığı kadrlarda Ukraynada aylardır qələbə qazana bilməyən Rusiya lideri Manturovdan təyyarə sifarişləri ilə bağlı müqavilələrin niyə hələ də hazır olmadığını soruşub.

Hər şeyin qaydasında olduğu cavabını alan Putin daha qəzəblənib: “Sənaye liderləri ilə danışdım, heç bir müqavilə yoxdur. Manturov, niyə özünü axmaqlığa qoyursan?"

Rusiya prezidenti Vladimir Putin sənaye və ticarət nazirinə 2023-cü il üçün təyyarə sifarişlərinin təmin edilməsi üzrə işləri bir ay ərzində “və bundan gec olmayaraq” başa çatdırmağı tapşırıb.

Qeyd edək ki, Rusiya mətbuatı Manturovun Yeni il tətili üçün Türkiyəyə getdiyini və bu bayramın Manturova baha başa gəldiyini yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR