Onlayn ictimai-siyasi qəzet
Rusiya və Qazaxıstan prezidentləri Vladimir Putin və Kasım-Jomart Tokayev telefonla iki ölkə arasında, xüsusilə enerji və nəqliyyat sahələrində əməkdaşlığı müzakirə ediblər.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Ticari-iqtisadi, enerji və nəqliyyat-logistika sahələrində qarşılıqlı fəaliyyətin aktual məsələləri müzakirə edilib”, - məlumatda qeyd edilib.
V.Putin və K.J.Tokayev Şanxay Əməkdaşlıq Təşkilatının iyul sammitinə hazırlıq və digər beynəlxalq mövzuları da müzakirə ediblər:
“Bəzi beynəlxalq mövzulara, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Şurasının iyulda Astanada keçirilməsi planlaşdırılan iclası ilə bağlı hazırlıq məsələsinə də toxunulub”, - məlumatda deyilir.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ