İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin hökumət üzvlərinin toplantısına qatılmayacaq – Peskov deyir ki...



Rusiya prezidenti Vladimir Putin hökumətin 2022-ci ilin yekunlarına dair toplantısına qatılmayacaq.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Putinin mıətbuat katibi Dmitriy Peskov açıqlayıb.
Mətbuat katibinin dediyinə görə, prezident hökumət üzvləri ilə intensiv təmasdadır: “Putin baş nazir və digər hökumət üzvləri ilə o qədər tez-tez təmasda olur ki, onları təbrik edib, ilin yekununu qiymətləndirmə imkanı çox olur”.

Qeyd edək ki, Rusiya prezidenti hər il hökumət üzvlərinin toplantısına qatılaraq ilin sosial-iqtisadi yekunlarını qiymətləndirir, məmurları təbrik edirdi.

Artıq ikinci dəfədir ki, Rusiya prezidenti ənənəvi açıq müzakirələrin olduğu tədbirlərdə iştirak etmir. Bundan əvvəl o, mətbuat nümayəndələri ilə ənənəvi illik görüş-konfrans keçirməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR