İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Federal Məclisə müraciət etməyə bilər

Rusiya prezidenti Vladimir Putin ölkə Konstitusiyasını pozaraq bu il Federal Məclisdə (Dövlət Duması və Federasiya Şurasının birgə iclası - red.) çıxış etməyə bilər.

Musavat.com-un məlumatına görə, bu xəbər rəsmi qaynaqlar tərəfindən də təsdiq olunur.

Məsələn, TASS-ın parlamentdəki mənbəsinin sözlərinə görə, prezidentin mesajı ciddi şəkildə hazırlanmalıdır, amma ilin sonuna çox az vaxt qalıb.

Rusiya Konstitusiyasına uyğun olaraq, prezident Federal Məclisə ölkədəki işlərin vəziyyəti, dövlətin daxili və xarici siyasətinin əsas istiqamətləri haqqında illik mesajlarla çıxış etməyə borcludur.

Federasiya Şurasının üzvü Andrey Klişas ölkənin əsas qanununun prezidentin müraciəti üçün heç bir müddət müəyyənləşdirmədiyini iddia edib. Xatırladaq ki, Klişas 2020-ci ildə tətbiq edilən konstitusiya dəyişikliklərinin və parlamentdə vətəndaşların hüquq və azadlıqları əleyhinə qəbul edilən mürtəce qanunların müəlliflərindən biri sayılır.

Qeyd edək ki, bundan əvvəl Vladimir Putin ənənəvi böyük mətbuat konfransını da ləğv edib. Putinin rusların suallarını cavablandırdığı illik “Birbaşa xətt” də yəqin ki, baş tutmayacaq: onun da tarixi təxirə salınıb.

Rusiya prezidentinin böyük mətbuat konfransı ənənəvi olaraq 2001-ci ildən, Putin prezident olduqdan sonra keçirilir. O, yalnız bir dəfə - 2005-ci ildə baş tutmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR