İnsanlara hürriyət, millətlərə istiqlal!

"Putin arvadıma böyük hörmət bəsləyir"

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon söhbətindən sonra maraqlı açıqlama verib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Putin birinci xanım Melaniya Trampa yüksək rəğbət bəslədiyini vurğulayıb.

"Amerika xalqı çox şanslıdır ki, belə şəfqətli və öz işinə sadiq bir birinci xanımı var. Melaniya olduqca məqsədyönlü insandır. Putinlə danışarkən o mənə dedi ki, həyat yoldaşıma böyük ehtiramla yanaşırlar. Mən zarafatla soruşdum: "Bəs mənə necə baxırlar?' Cavab verdilər ki, "Melaniya daha çox sevilir," – deyə, Tramp qeyd edib.

Xatırladaq ki, dünən Donald Tramp və Vladimir Putin arasında 2 saatdan artıq davam edən telefon danışığı baş tutub. Kremlin yaydığı məlumata görə, Rusiya prezidenti bu söhbəti məhsuldar, səmimi və əhəmiyyətli kimi dəyərləndirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2025

BÜTÜN XƏBƏRLƏR