İnsanlara hürriyət, millətlərə istiqlal!

Pul alacağı adam intihar etdiyi üçün qəbrinə od vurdu: Türkiyədə qəribə hadisə - VİDEO

Türkiyədə yaşanan qəribə hadisə ölkədə gündəm olub. Belə ki, intihar edən şəxsin borclu olduğu dostu onun məzarına gedib, mərhumu söyüb və qəbrini yandırıb. Bütün bunları o, sosial şəbəkə hesabından canlı yayımlayıb.

Hadisə Aksarayda baş verib.

Məlumata görə, Abdullah Köse adlı şəxs səkkiz gün əvvəl intihar edib. Onun meyiti yerli çobanlar tərəfindən tapılıb. Polis araşdırmalardan sonra mərhumun özünə qəsd etdiyini təsdiqləyib.

Kösenin biznesi üçün təxminən 400 min lirə borc verən Aladdin Yöndemin bunu eşitdikdən sonra etdikləri isə ağla sığmır. Belə ki, o, borcun qaytarılması üçün vədələşdikləri gündə mərhumun məzarına gedib, onun qəbrini qazıb və “qaçmaq o qədər də asan deyil, səni yerin altında yandıracağam” deyib. Bundan sonra məzara yanar maddə tökərək yandırıb. O, həmçinin Abdullah Kösenin üzərində adının yazıldığı lövhəni də çıxararaq ocağa atıb.

“Hara qaçırsan? Qoy azan şahidim olsun, mənim pulumu belə yeyib gedə bilməzsən, üstündən xətt çəkmərəm. Mən ailəmin, övladlarımın ruzisini sənin yeməyin üçün vermədim”, - deyə o bildirib.

Canlı yayımı görən mərhum Abdullah Kösenin yaxınları dərhal hüquq-mühafizə orqanları əməkdaşlarını xəbərdar ediblər. Bundan sonra çox sayda polis qrupu qəbiristanlığa yollanıb, Aladdin Yöndemi yandırılan məzarın başında qəbri açarkən saxlayıb.

Onu çətinliklə sakitləşdirmək mümkün olub. Məzardakı yanğın polis və mühafizəçilər tərəfindən söndürülüb. Aksaray Bələdiyyəsi Qəbiristanlıqlar şöbəsi isə açılan məzarı yenidən bağlayıb.

Dindirilmək üçün polis bölməsinə aparılan A.Yöndem oradakı prosedurlardan sonra ədliyyə orqanları tərəfindən məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR